Xəstəxana qaydaları
- Xəstə planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yaranabiləcək fəsadlar həkim tərəfindən xəstəyə açıqlanır, xəstə təkid edərsə bu zaman bütün məsuliyyət xəstəyə aid olur.
- Tək nəfərli və VİP otaqlar istisna olmaqla xəstəyə kənardan qida məmulatlarının, eləcə də gül buketlərinin gətirilməsi qadağandır.
- Şöbələrə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməməyiniz xahiş olunur, əks halda itən əşyalarınıza xəstəxana cavabdeh deyil.
- Xəstəyə ziyarət saatları 17:00-19:00-dır (xəstənin qaldığı otaq tipinə görə bu, dəyişə bilər)
- Görüş zamanı otağa 2 nəfər daxil ola bilər.
- Saat 22:00-dan öncə olan yatışlar növbəti gün saat 11:00-da 1 gün sayılır. Saat hesablanarkən təcili yardıma daxil olma vaxtı əsas götürülür.
- Xəstə yanında gecə qalacaq yaxınlarına veriləcək yemək və çay ödənilən məbləğə daxildir. Ekstra istəklər kafedən ödənişlə təmin edilir. Servis kafedən otağa nağd ödənişlə verilir.
- Xəstə yaxınının otaqda qalma müddəti səhər saat 11:00-da bitmək şərti ilə 1 gün hesablanacaqdır.
- Əməliyyat olunacaq xəstələrin geyimləri xəstəxana tərəfindən verilir.
- Əməliyyat sonrası ilkin sarğı ödənişsizdir, sonrakılar isə ödənişlidir.
- Xəstəyə iş yerinə, universitetə və ya hər hansı bir yerə arayış, bülliten və ya klinikamıza aid sənəd verilməsi üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
- Xəstəxana daxilində otaqlarda və palatalarda siqaret və alkoqollu içkilərin içilməsi qəti qadağandır.