Xəstə hüquqları və öhdəlikləri
- Xəstə hər zaman və hər şərtlərdə,şəxsi etibarı mühafizə edilərək,hörmətli və gülərüzlü bir mühitdə müayinədən keçmə,diaqnoz və müalicə olma hüququna sahibdir.
- Xəstə və xəstə yaxınları xəstəxanamızda verilən xidmətlər haqqında pulsuz məlumat ala bilər.
- Xəstə aldığı müalicə haqqında məlumat ala bilər.
- Xəstəxanamızda olduğu müddətdə xəstə aldığı müalicə, keçdiyi müayinə və laborator müayinələrin nəticələrinin surətini götürə bilər.
- Xəstə xəstəxanaya ödədiyi məbləğin açıqlanmış şəkildə fakturasını tələb edə bilər.
- Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir.
- Xəstə müalicə dövründə yazılı müraciəti ilə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
- Xəstə və ya xəstə yaxını ,hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi,fəsad çıxması,proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin digər maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür.
- Xəstə həkiminə mövcud şikayətləri,keçirdiyi xəstəliklər,xəstəxanaya yatırılıb yatırılmadığı,tətbiq olunmuş/olunan müalicələr,istifadə etdiyi dərmanlar və səhhəti ilə əlaqədar mövzularda tam və düzgün məlumat vermə məsuliyyətini daşıyır.