Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilməyə başlanılmış və 2013-cü ildə Bakı şəhərində analoqu olmayan 14 mərtəbədən ibarət müasir standartlara cavab verən möhtəşəm bir tibb ocağı xəstələrin və müəllim-tələbə heyyətinin istifadəsinə verilmişdir.
Yaradılmasında əsas ana məqsədimiz xalqımıza ən yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin ən son etibar edə bilcəyi referans diaqnostika, müalicə və cərrahi mərkəzə çevrilməkdir. Bununla yanaşı yüksək səviyyədə elm-tədris proqramları həyata keçirmək, tibbi kadrların hazırlanması səviyyəsini yüksəltmək, həmçinin ixtisaslaşdırılmış tibbi təhsil və tibb elminin inteqrasiyasının təmin edilməsi üçün imkanların yaradılması, nəzəri biliklərin praktik təcrübə ilə daha sıx əlaqələndirilməsi bizim hədəfimizdir.
500 çarpayılıq klinikada tədrislə yanaşı əhaliyə yüksək səviyyədə diaqnostik və cərrahi tibbi xidmət göstərilir. Klinikamız müasir tibbi təchizat sistemləri ilə təmin edilmişdir. Beləki burada beynəlxalq tibbin tələblərinə cavab verən son dərəcə müasir tibbi cihaz və avadanlıqlar quraşdırılmışdır. Belə müasir aparatlar və tibb cihazlarının hesabına klinikamızda yüksək səviyyədə cərrahi əməliyyatlar həyata keçirilir. Klinikaının Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla, 18 əməliyyat otağını özündə birləşdirir. Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, uroloji, kardioloji, nefroloji, ginekoloji, torokal, kardio-torokal, proktoloji (mədə-bağırsaq cərrahiyyəsi), yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi, endokrinoloji, metobolok cərrahiyyə, şəkərli diabet cərrahiyyəsi, damar, abdominal, laporoskopik, orqan köçürülməsi (transplantololi), burun-qulaq-boğaz, plastik (rekonstruktiv və estetik plastik), köklük və piylənmənin müalicəsi, üz-çənə cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi, neyrocərrahiyyə, travmatologiya və ortopediya və s. əməliyyatlar uğurla həyata keçirilir. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir. Şöbəmizdə bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və orta tibb personalları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin nəzarəti altında olurlar. Bizim cərrahiyyə keyfiyyəti, həcmi, sürəti, kosmetikliyi və daha az invazivliyi ilə seçilir. Şöbəmizdə adətən digər ölkə və bölgələrdə uğursuz operasiya olunmuş xəstələr şəfa tapır. Yəni biz ölkədə son ümid yeri olaraq qalırıq və onun öhdəsindən müvəffəqiyyətlə gəlirik.
Kinika tamamilə kompyuterləşdirilmiş sistemdə qurulmuşdur. Burada kompyuter şəbəkəsi bütün tibbi sənədləşmə prosesini sürətlə icra etmək, arxivləşdirmək, statistik işləmək, görüntüləmə və laborator müayinələrin nəticələrini həm müalicə həkimlərinə, həm də avtomatik rejimdə rəsmi saytımıza və eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir.
Klinikanin laboratoriya şöbəsi də yüksək keyfiyyətdə qurulub. Burada biokimyəvi, mikrobiologiya, immunologiya, molekulyar genetika ve digər bölmələr var. Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq məhz bizim klinikada dünya səhiyyə təşkilatının qəbul etdiyi CLSİ standasrtlarına uyğun biokimyəvi və immunoloji analizlər aparılır. Pasientler dünyanın istənilən ölkəsindən öz şəxsi kodlarını yığmaqla klinikanın saytına daxil olub, laborator müayinələrinin nəticələrini əldə edə bilərlər.
Klinikanın laboratoriya şöbəsində analizlər ən son texnologiya və metodlar istifadə edilərək yerinə yetirilir və bütün analizlər kontrol müayinədən keçirilir.
Klinikadakı avadanlıqlar tibbi müayinələrin görüntülərini yüksək səviyyədə əldə etməyə ilmkan verir. Reanimasiya zallarında çətinliyindən aslı olmayaraq reanimasiyon intensiv terapiya xidmətlərini xaricdə təhsil almış reanimatoloqlar icra edir. Burada quraşdırilan xüsusi çox funksiyalı işıqlandırma sistemi və kamera vasitəsi ilə əməliyyat prosesləri dərs otaqlarına, tədris və konfrans zallarına həmçinin xaricdəki yüksək ixtisaslı mütəxəssislərə ötürülə bilir və tibb mərkəzinin arxivinə yüklənilir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyyə Klinikasına (ATUTCK) bütün beynəlxalq standartlara cavab verən, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş Şüa diaqnostika şöbəsi mövcuddur. ŞöbədəUSM, Rəngli doppler, Kompyuter tomoqrafiya (KT), Maqnit Rezonans Tomoqrafiya (MRT), Koronar KT angioqrafiya, Rentgen kimi diaqnostik müayinələr peşəkar həkimlərimiz tərəfindən yüksək səviyyədə 7 gün 24 saat ərzində həyata keçirilir.
Klinikada diaqnostik və cərrahi istiqamətdə 20 şöbə və 18 kafedra fəaliyyət göstərir. İl ərzində burada 2800 tələbənin, 400-dən çox rezidentin, 20-den artiq doktorantin cərrahi ixtisass fənləri üzrə təhsili ilə 40 professorun, 80 dosent, 120 tibb üzrə fələsəfə doktoru məşğul olur.
Düzgün və keyfiyyətli müalicənin aparılmasında ən başlıca faktorlardan biri də kadrlardır. Mərkəzin işinə cəlb olunmuş həkimlər yüksək ixtisasa malik mütəxəsisləridir. Klinikanın həkimləri daima öz bilik və təcrübəsini artırmaq üçün müxtəlif ölkələrin klinikalarında ixtisasartırma kurslarından keçirlər. Klinikamızda Əməkdar Elm Xadimləri, Akademiklər, Professorlar kimi karifey həkimlər, həmçinin Tibb Elmlər Namizədi və Fəlsəfə üzrə doktorlar, Avropada, Amerikada, Türkiyədə tibbi təhsil almış, eləcədə digər ölkələrdə təcrübə keçmiş , müasir tibbi avadanlıqlarla savadlı davranma bacarığı olan həkim kollektivi fəaliyyət göstərir.
Klinikamızda demək olar tibbin hər sahəsini əhatə edən şöbələr fəaliyyət göstərir.
- Qəbul şöbəsi
- Konsultativ poliklinika şöbəsi
- Laboratoriya şöbəsi
- Şüa diaqnostika şöbəsi
- Təcili Tibbi yardım şöbəsi
- Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
- Uşaq cərrahiyyəsi
- Oftalmologiya şöbəsi
- Neonatologiya və doğuş şöbəsi
- Mama-ginekologiya şöbəsi
- Cərrahiyyə şöbəsi
- Əməliyyat bloku
- Üz-çənə cərrahiyyəsi şöbəsi
- LOR cərrahiyyə şöbəsi
- Neyrocərrahiyyə şöbəsi
- Travmatologiya və ortopediya şöbəsi
- Ürək-damar cərrahiyyə şöbəsi
- Transplantologiya şöbəsi
- Urologiya şöbəsi
- Qan köçürmə şöbəsi
- Fizioterapiya və bərpa şöbəsi
- Patoloji anatomiya şöbəsi
- Siğorta şöbəsi
- Tibbi təchizat şöbəsi
Bir sözlə klinikamıza gələn hər bir xəstə burada tam və əhatəli şəkildə müayinə olunmaq imkanına malik olur. Əməliyyata ehtiyac olduğu halda xəstə dərhal cərrahiyyə əməliyyat blokuna qaldırılır.
Qısa müddət ərzində- yeni fəaliyyəti müddətində- Səhiyyə Nazirliyində imtahan vermiş, sertifikat almış, kiçik və orta tibb işçiləri və digər tibb personalı bir daha daxili komissiya tərəfindən sorğudan keçirilərək işə qəbul edilir.
Məqsədimiz ciddi seçim etməklə respublikamızın vətəndaşlarına səviyyəli tibbi xidmət göstərməkdir ki, xəstələrimiz buradan tam sağlam getsinlər.
Klinikamızda 500 çarpayılıq müasir standartlara cavab verən palatalar vardır. Orada savad, bacarıq və yüksək xidmətləri ilə seçilən tibbi personal fəaliyyət göstərməkdədir.
Biz daimi olaraq xidmətlərimizin keyfiyyətini artırmaq üçün araşdırmalar aparır, tibbi personalın respublika daxilində və xaricdə təhsil almasını və təlim keçməsini təmin edirik.
Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər almaq mümkündür. Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşulmuşdur. Kliinikamızda tələbər, rezidentlər və doktorantların təhsili və biliklərini artırmaq üçün geniş mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası var. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB ölkələrində analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyatlar quraşdırılıb.
Amacımız beynəlxalq səhiyyə sisteminə inteqrasiya olmaq, Qafqaz regionunda ən yaxşı tibb mərkəzlərindən birinə çevrilərək, dünya səhiyyə sistemində layiqli və səviyyəli bir yer tutmaqdadır.