Şöbənin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:
- Respublikamızda təmsil olunan xarici ölkə səfirlikləri və nümayəndəlikləri ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
- Xarici ölkələrin qabaqcıl universitetləri ilə elm, təhsil və mədəniyyət sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, o cümlədən sazişlərin, müştərək elmi layihələrin hazırlanması, onların həyata keçirilməsinə nəzarət;
- Beynəlxalq elmi-praktik konfransların, simpoziumlar və seminarların təşkili;
- Universitetin müxtəlif beynəlxalq lahiyələrdə iştirakının təmin edilməsi;
- Tələbə, rezident və magistr mübadiləsi, müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi;
- Xarici mütəxəssislərin universitetimizə dəvət olunması, müxtəlif ixtisaslar üzrə universitet əməkdaşları və tələbələr üçün mühazirələrin təşkili;
- Universitetin xarici əlaqələr sahəsində fəaliyyətinə aid sənədləşmə işlərinin aparılması
Beynəlxalq əlaqələr şöbəsinin müdiri T.e.n., dosent Rəhimə Qabulovadır. Şöbənin müavini B.e.n., dosent Bağırova A.