ATU beynəlxalq layihələrin aktiv iştirakçısıdır.
Belə ki, hazırki dövrə qədər Avropa Şurasının TEMPUS proqramı çərçivəsində 8 layihənin iştirakçısı olmuşuq.
1.NEROA
Universitetimiz 2007-ci ildə "Azərbaycan Universitetlərində Beynəlxalq Əlaqələr Şəbəkəsinin Qurulması" layihəsini hazırlamış və ona koordinatorluq etmişdir. Bunun nəticəsi olaraq, universitetimizdə müasir standartlara cavab verən Beynəlxalq Əlaqələr Ofisi açılmış və yeni avadanlıqla təchiz edilmişdir.
2.MODERNIZING UNDERGRADUATE MEDICAL EDUCATION IN EU EASTERN NEIGHBOURING AREA (MUMEENA)
516664-TEMPUS-1-2011-1-UK-TEMPUS-JPC
Avropa İttifaqının Şərqi Avropanın Qonşu Ölkələrində Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsi
- Açılış konfransı
30 yanvar - 1 fevral, 2012-ci il tarixində Tbilisi şəhərində keçirilən konfransda ATU və NDU, o cümlədən Boyuk Britaniyanın Leeds universiteti - Leeds Institute of Medical Education, University of Leeds, UK (UoL), Niderlandın Utrecht universiteti - University Medical Center, Medical Faculty, Utrecht University, Netherlands (UMC), İspaniyanın Granada universiteti - Faculty of Medicine, University of Granada, Spain (UGR), İtaliya, Milandan Universita Cattolica del Sacro Cuore, (UCSC), Tbilisi Dövlət universiteti (TSMU), Tbilisi Dövlət Universiteti (TSU), Ukrayna Milli Bohomolets universiteti, İvano-Frankovsk Milli Tibb universiteti iştirak etmişlər. Aşağıdakı istiqamətlərdə müzakirələr aparılıb: Azərbaycan, Gürcustan, Ukrayna universitetlərinin inteqrasiya olunmuş kurrikulumlarının tibb proqramlara təkmilləşdirilməsi, tədrisə və təhsilə yeni, Avropa Tibbi Təhsil Assosiasiyası və Tibbi Təhsil üzrə Dünya Federasiyası standartlarına uyğun yanaşma və yeni məzmunun gətirilməsi (məs, Geriatriya, Səhiyyənin Təşkili, təcrübəyə dayanıqlı tədris və Tədqiqat vərdişləri metodologiyasının tətbiqi), Azərbaycan, Gürcustan, Ukraynada müəllim heyətinin təlim mərkəzlərinin yaradılması. Konfrans zamanı müxtəlif universitetlərin nümayəndələrindən ibarət qruplar yaradılmış, onların daxilində müzakirələr aparılmışdır. Nümayəndə heyətimiz yazılı şəkildə təkliflərini irəli sürmüşdür. Konfransda tibb universitetlərinin tələbələrinin sosiologiya, psixologiya, informatika, hüquq, xarici dillər kimi fənnləri daha ətraflı öyrənmələrinin zəruri olması vurğulanmışdır
- Utrext universitetində seminar
2012-ci ilin mart ayının 20-23 tarixində Niderland Krallığının Utrext universitetində MUMEENA çərçivəsində növbəti görüş-seminar keçirilmişdir. Seminar zamanı Niderlandın tibbi təhsil sistemi, magistr, bakalavr səviyyələrində tələbələrin hazırlanması üçün tibbi kurrikulum haqda ətraflı məlumat verilmiş, partnyor universitetlərin nümayəndələri üçün Klinik Əsaslanma (CBCR) metodikası ilə tədrisin nəzəri və təcrübi əsasları üzrə təlim təşkil olunmuş, seminarın sonunda layihənin Şərqi Avropa ölkələri üçün inkişaf planı hazırlanmışdır.
- Leeds Universitetində seminar
Müəllimlərin Təkmilləşdirilməsi üzrə seminar (Faculty Development Training) 23 - 27 aprel 2012-ci ildə Birləşmiş Krallığın Leeds Universitetinin tərəfindən təşkil olunmuşdur. Seminarda Leeds Universitetinin tibb təhsili üzrə ekspertləri mühazirələr ilə çıxış etmiş, bu sahədə olan təcrübələri ilə bölüşmüşlər. Sonra Ukrayna, Gürcüstan və Azərbaycan tibb universitetlərində Müəllimlərin tədris mərkəzinin yaradılması imkanları müzakirə olunmuş, hər bir ölkədən gəlmiş nümayəndə heyəti öz prezentasiyaları ilə çıxış etmişlər.
- Granada Universitetində seminar
4-6 iyun 2012-ci il tarixində İspaniyanın Granada Universitetində növbəti seminar keçirilmişdir. Təlimdə tibb universitetlərində "Tədqiqat bacarıqları" (Research Skills/Public Health training in Granada, Spain) -nın tədris olunması üzrə mühazirələr oxunmuş, təcrübi məşqələlər keçirilmişdir.
- Ukraynanın Boqomolets adına Milli Tibb Universitetində konfrans
26-28 Noyabr, 2012-ci il tarixində növbəti konfrans keçirilmişdir. Konfrans zamanı tibbi təhsilin təkmilləşdirilməsi, tələbələrdə klinik təfəkkürün inkişaf etdirilməsi, tədqiqat bacarıqlarının öyrədilməsi və tərəf-müqabili universitetlərdə Müəllimlərin Təlim Mərkəzinin yaradılması müzakirə olunmuşdur.
- Romada Tədqiqat Bacarıqları/ictimai Sağlamlıq üzrə seminar
3-7 İyun, 2013-cü il tarixində Romada Università Cattolica del Sacro Cuore (UCSC) Tədqiqat Bacarıqları/ictimai Sağlamlıq üzrə seminar keçirilmişdir. Seminarda Azərbaycan Tibb Universitetinin İctimai Sağlamlıq kafedrasının müəllimləri iştirak etmişlər, bu sahədə İtaliya universitetlərində mövcud olan proqram və tədris materialları ilə tanış olmuşlar.
- MUMEENA Bakı konfransı
21-23 Oktyabr,2013 -cü il tarixində Azərbaycan Tibb Universitetində MUMEENA layihəsinin növbəti "Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər" mövzusunda konfransı keçirilib.
Universitetimizin rektoru, akademik Əhliman Əmiraslanov konfranda giriş sözü ilə çıxış edərək, bu tədbirin vacib sahəyə həsr olunduğunu və konfransın davam edəcəyi 3 gün ərzində tanınmış Avropa universitetlərinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılacağını bildirmişdir: "Azərbaycan Tibb Universitetinin rəhbərliyi TEMPUS proqramı və digər beynəlxalq layihələr çərçivəsində xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı alqışlayır və bu cür konfransların təşkilinə həmişə dəstək göstərmişdir. Belə ki, belə tədbirlər tibb təhsilinin dünyada əldə olunmuş nailiyyətlərindən yararlanmağımıza imkan yaradır".
Tədbirdə həmçinin Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva, Avropa İttifaqının Tempus Proqramının Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov, TEMPUS layihəsinin Koordinatoru Böyük Britaniyanın Leeds Universitetinin Tibb Təhsili İnstitutunun direktoru, professor Trudi Roberts, ATU-nun Tədris Şöbəsinin müdiri dosent Nəsimi Qasımov çıxış etmişlər.
Daha sonra konfrans MUMEENA layihəsinin ATU üzrə rəhbəri, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova və Leeds Universitetinin əməkdaşı Anne-Marie Reydin koordinatorluğu ilə, Gürcüstan, Ukraynadan tərəfdaş universitetlərinin və Böyük Britaniya, Niderland, İspaniya, İtaliyadan koordinator universitetlərinin nümayəndələrinin, tibb universitetinin müxtəlif kafedralarının əməkdaşları və tələblərinin iştirak etdikləri mühazirələr, seminarlar və maraqlı diskussiyalarla davam etdirilmişdir.
3.DOCUMENTATION OF QUALITY ASSURANCE OF STUDY PROGRAMS (DOQUP)
Tədris proqramlarının keyfiyyətin yoxlanması www.tempus-doqup.unige.it
Layihə üzrə tədris proqramlarının keyfiyyətin yoxlanması şöbəsinin yaradılması ilə əlaqədar nəzərdə tutulur.
İndiyə qədər layihə çərçivəsində aşağıdakı tədbirlər keçirilmişdir:
Genuya Universiteti tərəfindən təşkil olunmuş görüş - noyabr, 2011;
Bişkek Universiteti tərəfindən təşkil olunmuş görüş - may, 2012;
Astana Universitetinin tərəfindən təşkil olunmuş görüş - avqust, 2012;
Bratislava Universiteti tərəfindən təşkil olunmuş görüş - oktyabr, 2012.
4."DEVELOPMENT OF THE E-LEARNING AND DISTANCE LEARNING COURSES AND ASSESSMENT IN BIOMEDICAL SCIENCES IN THE SOUTHERN CAUCASUS"
Cənubi Qafqazda Biologiya-Tibb Elmlərinin Elektron Təhsil Üsulu Ilə Öyrənilməsi və Inkişafi Layihəsi - http://www.unitempusincaucasus.eu/
Layihə 2010-2013 illəri əhatə edir və layihə çərçivəsində iki təlim modulun istifadəsi nəzərdə tutulur:
1. Mutimedia kursları;
2. Distance learning
ATU-nun üç müəllimi Böyük Britaniya (Vestminister Universiteti) və İtaliya (L'Aquilla University) Universitetlərində e-learning təlimlərində iştirak etmişdir. İmmunologiya laboratoriyası üçün avadanlıq alınmışdır.
5.FOREIGN LANGUAGES EDUCATION FOR PROFESSIONAL PURPOSES (FLEPP)
REFERENCE: 544293-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPCR
Azərbaycan Dillər Universitetinin yerli koordinatoru olduğu, Azərbaycan, Tacikistan və Qırğızıstan partnyor universitetlərinin iştirakı və İsveç, Estoniya, İtaliya, Almaniya və Birləşmiş Krallığın universitetlərinin koordinatorluq etdiyi bir layihədir.
DESCRIPTION: The project's wider objective is to increase specialized Universities' capacity in meeting the evolving market needs and governmental strategies of development, as well as in coping with new challenges of education, by modernizing their language teaching capacity; to help graduates of specialized Universities to increase their employability through obtaining viable language skills.
The specific objectives of the project are:
1) to help specialized Universities to restructure their language curricula;
2) to train and/or retrain foreign language teachers at specialized Universities;
3) to help specialized Universities build their teaching and technical resources;
4) to disseminate the results and to train groups of professionals and disadvantaged
groups within the Life-Long-Learning segment of the project.
The main outcomes of the project will be modernized language curricula and language teaching methodologies (in particular, in respect to English and German for special purposes) at specialized Universities in AZ, KG and TJ;
•language teaching resources developed on the basis of advanced experience;
•language teaching personnel trained or retrained; restructured language departments and established experimental language chairs;
•new language resource centers equipped with learning resources and moder technology;
•language courses organized for professional communities and disadvantaged groups;
•organization of conferences;
•round tables and workshops for dissemination and sustainablity purposes;
•development of web reources; and involvement of Governments, youth organziations, potential employers and other stakeholders in the reform process.
COORDINATOR: Azerbaijan University of Languages
R. Behbudov str., 60
Baku AZ-1014, AZ
Phone: +994 12 441 22 31 (148)
Fax: +994 12 440 51 53
Email: [email protected]
CONTACT: Prof. Garibova Jala
INVOLVED PARTNER
COUNTRIES'
INSTITUTIONS:
•Azerbaijan Medical University, AZ
•Azerbaijan Student Youth Organizations' Union, AZ
•Azerbaijan State Oil Academy, AZ
•Baku State University, AZ
•Azerbaijan State Agricultural University, AZ
•Issykkul State University named after K.Tynystanov, KG
•International University of Kyrgyzstan, KG
•Kyrgyz Russian Slavonic University, KG
•Kyrgyz State Medical Academy , KG
•Kyrgyz National Agrarian University named after K. I. Skryabin, KG
•Kyrgyz State Technical University named after I.Razzakov, KG
•Khujand State University, TJ
•Avicenna Tajik State Medical University, TJ
•Tajik State University of Law, Business and Politics, TJ
•Tajik Technical University, TJ
•Tajik Agrarian University named after Sh.Shotemur, TJ
•Institute of Economy and Trade of TSU of Commerce, TJ
•Linnaeus University, SE
PROJECT SUMMARY
•Tallin University, EE
•Università degli studi "G. D'Annunzio" di Chieti-pescaara, IT
•Pädagogische Hochschule Freiburg - University of Education, DE
•University of Glasgow, UK
•University of Essex, UK
•Ministry of Education of Azerbaijan, AZ
•Ministry of Education and Science of the Kyrgyz Republic, KG
•Ministry of Education of the Republic of Tajikistan, TJ
•National Aviation Academy of Azerbaijan, AZ
REQUESTED GRANT: 1,212,895.23
CONTRACT DURATION: 36 months
6.BİOLOGİYA VƏ TİBB SAHƏSİNDƏ VİRTUAL LABORATORİYALARIN İNKİŞAFI ÜÇÜN MULTİDİSSİPLİNAR İNNOVASSİON MƏRKƏZİN YARADILMASI
https://sites.google.com/a/my.westminster.ac.uk/emicvl/home
543802-TEMPUS-1-2013-1-TEMPUS-JPHES
Proyektin başlanması 1 dekabr 2013
Proyektin ümumi məqsədi təhsil, elmi tədqiqatlar və innovasiyalar- bilik üçbucağının realizasiyası üçün Multidissiplinar İnnovasiya Mərkəzinin köməyi ilə tibbi və bioloji virtual laboratoriyaların inkişafıdır. Bu, qonşu şərq regional universitetlərində virtual tibbi mikrobioloji laboratoriya istifadə olunmaqla pilot layihədir. İnformasiya texnologiyanın innovasiya metodundan istifadə etməklə, Mərkəz tibbdə və bioloji elmlərdə kommersiya əsaslı təhsil və tədqiqatlar proqramını yaratmalıdır. Hər üçbucağ üç istiqamətə bağlanır.
Birgə məhsul istehsal edən qruplar:
1. Innovasiya texnologiya / tədgiqatlar qrupu
2. Nəzəri/ elmi qrup
3. Biznesin inkişafı qrupu
Bu qrular özündə aşağıdakı sahələrdə çalışan müəllim heyyətini, elmlər namizədlərini və maqistr tələbələrini birləşdirir: informasiya texnologiyası, biologiya, tibb, marketinq və biznesin inkişafı. Hər bir mərkəz ayrı kommersiya vahid kimi rəsmi status alır. Bütün 6 mərkəz müasir server və uyğun avadanlıqla təmin ediliəcək. Mərkəzin əməkdaşları innovasion texnologiya, marketing və metodikalarla intensiv təlimi Avropanın partner Mərkəzlərində keçirməlidirlər.
Pilot layihənin inkişafının konkret məqsədlərindən biri - pilot məhsul əldə etməkdir: virtual tibbi mikrobioloji laboratoriya.
Şərq universitetlərinin müəllim heyyəti Avropa İttifaqın partner əməkdaşları ilə sıx əlaqədə işləyəcəklər. Hər mərkəzin biznesin inkişafı qruppu virtual tibbi mikrobioloji laboratoriyaların reklamı və komersiaməqsədi ilə optimal sxeminin effektiv inkişafına cavabdehdir. Reklam kompaniyasının bir hissəsi kimi, innovasiya texnologiya qruppu layihənin məhsulları ilə tanış olmaq üçün xüsusi veb-sayt yaratmalıdırlar. Proyektin nəticələrinin yayılmasına milli və regional səviyyədə daxili və xarıci elementlər daxildir. Ümumi reqionun uygun İT-müəssisələri ilə texnologiyanın mənimsənilməsinin yüksəlməsinə və əlaqələrin qurulmasına xüsusi diqqət ayrılacaq .
Кооrdinator: University of Westminster
New Cavendish Street, 115
London W1W 6UW, UK
Phone: +44 1689 830 777
Fax: +44 207 911 5087
Email: [email protected]
Internet site address: www.westminster.ac.uk
CONTACT: Mr (M) Peter Lydyard
Partner ölkələr:
Universitetlər:
Università degli• Studi dell'Aquila, IT
Université de Bretagne Occidentale, FR•
AMNIM,• Center for Scientific Visualization, SI
Javakhishvili Tbilisi State• University, GE
Ivan Franko National University of Lviv, UA•
Baku State• University, AZ
Azerbaijan Medical University,• AZ
Odessa National University, UA•
Davit Agmashenebeli University,• GE
Qrantın məbləği: 847,282.97 Euro
Müddət: 36 ay
7.“BIOLOJİ ELMLƏRDƏ VƏ TİBBDƏ HEMATOLOGİYA ÜZRƏ KURRİKULUMUN İŞLƏMƏSİ VƏ REGİONAL TƏLİM MƏRKƏZİNİN YARADILMASI
REFERENCE: 544282-TEMPUS-1-2013-1-UK-TEMPUS-JPCR
Təsvir: Hematologiya - tibb və fundamental elmləri, laborator və kliniki təcrübəni birləşdirən bir elm olub, səhiyyənin bacib bir hissəsini təşkil edir. Cənubi Qafqaz ölkələrində (Gürcüstan, Ermənistan , Azərbaycan) hematologiya tədrisinin bioloji elmlərdə və tibbdə Avropa standartlarına uyğunlaşdırılması böyük maraq yaradır. Bu proyekt Cənubi Qafqaz ölkələrin Universitetlərində hematologiya yeni kursunun yaranması və ya onun təkmilləşdirilməsinə həsr olunub.
Avropa birliyin Universitetlərinin həm tibb, həm də biologiya fakultələrin tələbələrinə hematologiyanın tədrisində böyük təcrübəsi var. Kliniki hematoloqların bu elmin hüsusi sahələrində təcrübəsi var. Tibb də biologiya elmləri sahəsində Avropanın aparıcı tədris mərkəzləri Cənubi Qafqaz ölkələrin Universitetlərinin partnerlarıdır. Konsorsiumun əsas üzvləri keçmiş TEMPUS proektlərində də partner kimi iştirak etmişlər. Həmin konsorsiumun əsas məqsədi proyektin uğurla həyata keçməsidir. Yaradılan kursun analizi, müəllimlərdən, tələbələrdən və ekspertlərdən təşkil olmuş birgə komitələr hər bir Universitetdə Olkənin tələblərinə uyğun hematologiya kursların yaranmasına kömək edəcəkdir.
Tədris materialları və tədrisin qiymətləndirmə metodları həm İngilis, həm də milli dillərdə hazırlanacaq, yerli və distansion tədris üçün internet formata çevriləcək. Yeni yaradılan kurs üçün təlim mühazirələr Avropa Universitetlərində aparılacaq. Hematologiya üzrə ixtisasdırılmış təlimlər Gürcüstanda qəbul olunmuş regional platforma əsasında milli hematologiya institutlarında yenilənəcək. Bu prosess Cənubi Qafqaz ölkələrin hematoloqlarının tədris təcrübəsinin mübadiləsinə, təcrübi və nəzəri yeniliklərinin müzakirəsinə həsr olunacaq. Ciddi keyfiyyət nəzarət və strukturlaşmış menecment "Bioloji elmlərdə və tibbdə hematologiya üzrə kurrikulumun işləməsi və regional təlim mərkəzinin yaradılması" proyektin yüksək səviyyədə aparılması üçün tətbiq ediləcək.
Кооrdinator: University of Westminster
New Cavendish Street, 115
London W1W 6UW, UK
Phone: +44 1689 830 777
Fax: +44 207 911 5087
Email: [email protected]
Internet site address: www.westminster.ac.uk
CONTACT: Mr (M) Peter Lydyard
Partner ölkələr:
Universitetlər:
Università degli• Studi dell'Aquila, IT
Université de Bretagne Occidentale, FR•
AMNIM,• Center for Scientific Visualization, SI
Javakhishvili Tbilisi State• University, GE
Ivan Franko National University of Lviv, UA•
Baku State• University, AZ
Azerbaijan Medical University,• AZ
Odessa National University, UA•
Davit Agmashenebeli University,• GE
Qrantın məbləği: 899,336.57 Euro
Müddət: 36 ay
8.MÜBADİLƏ PROGRAMLARI
Avropa Komissiyası
Erasmus Mundus
- MEDEA
Tibb UNiversitetləri İttifaqı (MEDical UnivErsities Alliance (MEDEA)) Erasmus Mundus Action 2 layihəsi olub Avropa Komissiyası tərəfindən maliyyələşdirilir (İyul 2013 -İyul 2017). Bu proqram 10 Avropa universiteti və 10 Lot 5 Universitetinin (Azərbaycan, Belorus, Gürcüstan, Ukrayna, Ermənistan) Tibb sahəsində əməkdaşlığına yönəlmişdir. Layihə, ali təhsil müəssisələrini Avropa İttifaqının universitetləri ilə əlaqələrinin qurulmasını təmin edir, universitet müəllimlərinin pedaqoji və metodoloji bacarıqlarını artırmağa yardımçı olur.
Erasmus+
Key Action 2: Cooperation for innovation and the exchange of good practice
Strategic Partnership in the field of Education, Training and Youth;
Knowledge Alliances;
Sector Skills Alliances;
Capacity Building in the field of Youth.
Key Action 3: Support for policy reform
Meetings between young people and decision-makers in the filed of youth.
Mevlana Mübadilə Proqramı