Xəbərlər

ATU-nun nümayəndə heyyəti İstanbulda növbəti bir kongredə

ATU-nun nümayəndə heyyəti İstanbulda növbəti bir kongredə

25.06.2015

4-6 İyun 2015 tarixlərində İstanbulda Beynəlxalq Nevroloji və Reabilitasiya Konqresi keçirildi. Kongredə ATU-nun nümayəndə heyyətinin rəhbəri, Fizioterapiya ve İdman təbabəti kafedrasının müdiri, E.Ə.X
 Prof.  Dr.Əlişirin  Musayev, Travmatologiya və ortopediya kafedrasının müdiri, prof.  t.e.d. Dr. Əhməd Əhmədzadə, Neyrocərrahiyyə şöbəsinin müdiri, Uzman həkim Dr.Fərid Qaralov, Fizioterapiya şöbəsinin müdiri t.ü.f.d.  Dr. Nurlana Əliyeva, Həkim-nevropatoloq  dos. Dr. Aygün Musayeva,  Dr.Hüseyn Məsimov,  Dr. Səməd Səmədov, Həkim-Neyrocərrah Dr. Cəmil İskəndərov,
 ass. Dr. Namiq Əhmədov, ass. Renat Məmmədov, həmçinin Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak edirdilər.

Beynəlxalq kongrenin keçirilməsində əsas məqsəd kongre sədri Serdar Kocerin də, bildirdiyi kimi müxtəlif ölkələrdən dəvət olunmuş müxtəlif ixtisaslı mütəxəssislərin öz praktika və bacarıqlarını, tibbi mədəniyyət və tibb sistemlərindəki yenilikləri birgə paylaşmaqla, biliklərin yenilənməsi və tətbiqi,  nevroloji xəstələrin həyat keyfiyyətini yaxşılaşdırılmasından ibarətdir.

Kongresdə -robotik reabilitasiya, fiziologiya və biomexanika , distoniyalar, distoniyalarda fizioterapevtik yanaşmalar, dərin beyin stimullaşdırılması , Parkinson xəstəliyində reabilitasiya, neyro-muskulyar xəstəliklər, yeriş reabilitasiya texnikası, dağınıq skleroz, serebral iflic, onurğa beyin zədələnmələri, əzələ spastikasında reabilitasiya,  rəqs və musiqi ilə iflic xəstələrin və serebral iflicli uşaqların müalicəsi kimi mövzularda mütəxəssislər  bilik mübadiləsi etdilər. Aparılan birgə müzakirələr zamanı ATU-nun nümayəndə heyyəti  ATU-nun klinikalarında uğurla aparılan və onlar üçün daha fərqli olan elektroterapiya, maqnitoterapiya və digər müalicə üsullarının tətbiqini irəli sürdülər.  Qeyd edək ki, kongredən əvvəl -3 iyun 2015 tarixində  ATU –nun nümayəndə heyyəti  Uzm. Doktor. Köksal Haloğlunun təşkilatçılığı ilə  əməkdaşlıq etdikləri “Romatem” Fizioterapiya və Reabilitasiya xəstəxanalar qrupunu da ziyarət etdilər.

Kongrenin sonunda xatirə rəsmləri çəkildi.

ATU-nun nümayəndə heyyəti İstanbulda növbəti bir kongredə
ATU-nun nümayəndə heyyəti İstanbulda növbəti bir kongredə