Xəbərlər

ATU-da TEMPUS layihəsi çərçivəsində dil-treninq təlimlərinə hazırlıq başlanıb

ATU-da TEMPUS layihəsi çərçivəsində dil-treninq təlimlərinə hazırlıq başlanıb

02.07.2015

Azərbaycan Tibb Universitetində (ATU) TEMPUS layihəsi çərçivəsində FLEPP (Foreign Languages Education for Professional Purposes) dil-treninq təlimlərinə hazırlıq başlanıb. Belə ki, layihə çərçivəsində ATU-da yeni avadanlıqlarla təchiz olunmuş otaq yaradılıb. Bu otaqda yeni multimediya sistemi quraşdırılıb, tədrisin müasirləşdirilməsi üçün bütün lazımi avadanlıqlar alınıb.

ATU – nun rektoru, akademik Əhliman Əmiraslanov bu gün yeni yaradılan otaqla tanış olub. O, gələcəkdə Tibb Universitetində daha bir belə otağın yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın sözlərinə görə, bu layihə artıq iki ildir ki, davam edir: "ATU da sözügedən layihənin iştirakçısıdır. Layihə çərçivəsində bizim universitetin müəllimləri digər ali təhsil ocaqlarının müəllimləri ilə bərabər xarici ölkədə dil kursları keçirlər. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə xarici dil tədrisinin səviyyəsini yüksəltməkdir".