Xəbərlər

Artıq Klinikamıza Keratokonus xəstəliyinin daha az travmatik və daha çox effektiv əməliyyatı aparılır

Artıq Klinikamıza Keratokonus xəstəliyinin daha az travmatik və daha çox effektiv əməliyyatı aparılır

11.07.2015

Klinikamıza    yeni  gətirilmiş UV-Crosslinking  System CBM Vega 10mW aparatının köməyi ilə  Keratokonus xəstəliyinin inkişafını dayandırmaq üçün  CCL ( Corneal  cross linking ) əməliyyatı aparılır. Bu əməliyyatın aparılmasında əsas məqsəd korneanın kollagen lifləri arasında çarpaz bağlar əmələ gətirərək  korneanın güclənməsini təmin etmek və keratokonusun inkişafını dayandırmaqdır. Yeni aparaturanın üstünlüyü ondan ibarətdir ki, prosess daha qısadır-9 dəq, Uv şüalanma -10 Mv aparılır. Köhnə aparatda isə bu müddət 30 dəq (3 Mv)-dir.
   CCL -3 tipi vardır 
1.Buynuz qişanın deepitelizasiyası ilə standart crosslinking (epi-off)
2.Transepitelial  Crosslinking passiv hopdurma ilə (epi-on)
3.Transepitelial crosslinking  iontoforez iə aktiv hopdurma  (epi-on)
      Standart CCL 
1.Göz topikal anestetiklə keyləşdirilir
2.Küt bir spatül ilə kornea epiteli mexanik olaraq qaldırılır 
3.30 dəq ərzində Ricrolin məhlulu 3-4 dəqiqədən  bir damızdırılır 
4.Təkrar keyləşdirmədən sonra UV şüalanmaya  başlanılır.Şüalanma fasiləsiz 9 dəqiqə ərzində aparılır.Şüalanma zamanı da gözə Ricrolin 5 dəqiqədən bir  fasilə ilə tökülür.
 Prosedur qurtardıqdan sonra gözə müalicəvi  linza qoyulur və xəstə 3 gün əzrində kontrol müayinəyə çağrılır.
        Transepitelial CCL (epi-on )
             Transepitelial  CCL- standart CCL-dən fərqli olaraq burada buynuz qişa epiteli qaşınmır.
   Yanlız Ricrolin TE məhlulu hər 2 dəqiqədən bir damızdırılır (30 dəqiqə) sonra 9 dəq ərzində fasiləsiz  UV şüalanma aparılır.
® Xəstə əməliyyat zamanı və əməliyyatdan sonra heç bir ağrı hiss etmir.
® Deepitelizasiyası ilə bağlı ağırlaşmalar olmur 
® Xəstə tərəfindən yaxşı qəbul edilir .
 Transepitelial CCL iontoforezlə (epi-on)
Bu metodda da buynuz qişanın epiteli qaşınmır.Elektrodlar vasitəsi ilə Ricrolin +buynuz qişanın daha dərin qatlarına hopdurulur və 9 dəqiqə ərzində UV şüalanma aparılır . Xəstədə heç bir ağrı və diskomfort hissi olmur .