Xəbərlər

Bu gün Fransanın

Bu gün Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı olub.

14.07.2015

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın tibb fəaliyyəti ilə məşğul olan "Opere Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı oldu.
İlk olaraq qonaq universitetin Tədris Cərrahiyyə Klinikası ilə yaxından tanış olaraq, klinikanın bir çox şöbələrinin fəaliyyəti ilə maraqlanmış və əməkdaşlarla görüşlərdə iştirak etmişdir. 
Toplantını giriş sözləri ilə açan ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi dosent Asiman Həsənov Rime Barbara Sarrahı və tədbir iştirakçılarını salamladı. Fransalı qonağın ATU-ya gəlişindən şad olduqlarını bildirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını qeyd etdi.
Baş həkim dosent Asiman Həsənov son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa səyi və nəzarəti nəticəsində Azərbaycan Fransa dostluq münasibətlərinin inkişafında, bir çox sahələrdə əməkdaşlıqlarının qurulmasında nailiyyətlərin əldə edildiyini bildirərək, bu görüşün də nəzərdə tutulan tədbirlərin tibb sahəsində bariz təzahürünün olduğunu vurğuladı. Həmçinin bu münasibətlərin inkişafı nəticəsində səhiyyə və tibb elmi sahəsində elmi –praktik nəaliyyətlərin mübadiləsi, Fransalı mütəxəssislərin təcrübələrindən klinikanın fəaliyyətində yararlanmaq, gənc mütəxəssis və tələbələrin Fransa tibb ocaqlarında ixtisas artırma tədbirlərinin həyata keçirilməsinə səbəb olacağını bildirdi..
Xanım Rime Barbara Sarrah isə Azərbaycandakı qonaqpərvərlikdən, həmçinin millət vəkili, Azərbaycan Tibb Universitetinin Rektoru, Akademik Əhliman Əmiraslanovla görüşündəki müsbət təəsuratlardan, ATU-nun Tədris Cərrahiyyə Klinikasının möhtəşəmliyi və maddi-texniki bazasının zənginliyindən söz açdı. O da öz növbəsində Azərbaycanın coğrafi və siyasi mövqeyini, son illərdə sürətlə inkişaf etməsini nəzərə alaraq, Azərbaycanla əməkdaşlıq qərarına gəldiklərini və bu sahədə geniş miqyaslı tədbirlər planının hazırlandığını söylədi. Klinikanın şöbə müdirləri və mütəxəssisləri tərəfindən görüş çox rəğbətlə qarşılanaraq, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılaraq xanım Rime Barbara Sarrah tərəfindən ətraflı olaraq cavablandırıldı.
Bütün bunlar Azərbaycanın Dünyanın hər bir ölkəsi ilə hər bir sahədə geniş miqyaslı əlaqələrin qurulması ilə Dünya ölkələri arasında yerini daha da möhkəmləndirildiyini göstərir.

Bu gün Fransanın
Bu gün Fransanın