Xəbərlər

ABŞ Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Tibb Universitetində qonaq olub

ABŞ Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Tibb Universitetində qonaq olub

20.07.2015

Azərbaycan ilə Oklahoma ştatı, xüsusilə ştatın Milli Qvardiyası arasında 2003-cü ildən etibarən sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Tibb Universiteti və Oklahoma Universitetinin Tibb Kolleci arasında 5 ildən artıqdır ki, əlaqələr qurulmuş, ikitərəfli anlaşma protokolu imzalanmış, ATU-nun əməkdaşları Oklahoma Universitetinin Tibb Kollecini, Tibb Elmləri Mərkəzini ziyarət etmiş, Universitetlər arasında telekörpü təşkil olunmuş, tələbə mübadiləsi həyata keçirilmişdir.

16-17 iyul 2015 tarixində Oklahoma Milli Qvardiyasının komandanı general-mayor Robbie Asherin rəhbərli ilə nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub. Onlar əvvəlcə ATU-nun Tədris-Cərrahiyyə Klinikasını gəzmiş, Tədris-treyninq mərkəzi ilə tanış olublar.

Sonra nümayəndə heyəti universitetin rektoru akademik Ə.Əmiraslanovla görüşüb. Görüş zamanı ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov Azərbaycanda tibb elminin inkişafı sahəsində dövlət səviyyəsində görülən işlərdən, gələcək həkimlərin təhsili üçün yaradılan imkanlardan danışıb.

Rektor bildirib ki, məhz müstəqillik illərində Azərbaycan dövlətinin iradəsi sayəsində tibb təhsili və tədrisində yüksək səviyyəyə çatmaq mümkün olub. Akademik Ə.Əmiraslanov həmçinin, nümayəndə heyətinin rəhbəri, general Robbie L. Asher Oklahoma Milli Qvardiyasına komandan təyin olunması münasibətilə təbrik edərək ona işlərində uğurlar və can sağlığı arzulayıb.

Cənab Robbie L. Asher də öz növbəsində, ATU rəhbərliyinə görüşə vaxt ayırdıqları üçün xüsusi təşəkkürlərini bildirib. Qonaq bir neçə ill əvvəl də Azərbaycanda olduğunu, qısa müddət ərzində Bakının çox dəyişməsi və gözəlləşməsinə təəccübləndiyini gizlətməyib. General Robbie L. Asher növbəti dəfə Bakıda olmasından, həmçinin Tibb universiteti ilə yaxından tanış olmasından məmnun qaldığını bildirib.

Qonaq Oklahoma Universiteti ilə Azərbaycan Tibb Universiteti arasındakı əlaqələrin daha da genişləndiriməsi üçün öz dəstəyini əsirgəməyəcəyini və tibb sahəsindəki qarşılıqlı münasibətlərin bundan sonra da dərinləşməsində maraqlı olduqlarını qeyd edib.

Sonda iki təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığa dair yeni saziş imzalanıb.

Görüşdə ATU-nun prorektoru R. Qabulova, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri N.Zeynalov, Oklahoma Milli Qvardiyası “Ştatla Tərəfdaşlıq Proqramı” nın direktoru Polkovnik-leytenant Rustin Wonn, ABŞ səfirliyinin Hərbi əməkdaşlıq şöbəsinin nümayəndəsi, İkitərəfli əlaqələr üzrə koordinator Mayor Khalid Hussein, Oklahoma Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinin kapitanı cənab Brendon Files, Komandanın şəxsi heyət üzrə müavini, cənab Kris Row iştirak etmişlər. 
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.