Xəbərlər

Universitet tarixində ilk dəfə Sekundum ASD (Atrial Septal Defekt)- in qapalı yolla müalicəsi

Universitet tarixində ilk dəfə Sekundum ASD (Atrial Septal Defekt)- in qapalı yolla müalicəsi

20.11.2015

Sekundum ASD (Atrial Septal Defekt)- Qulaqcıqlararası Çəpərin İkincili Defekti

Anadangəlmə ürək qüsuru - Qulaqcıqlararası Çəpərin İkincili Defekti uzun illər açıq ürək əməliyyatı yolu ilə müalicə olunmuşdur. İndi isə bu qüsurun təxminən 80%-i qapalı yolla- transkateter- damardan iynə ilə keçməklə müalicə edilir. Bu yolla müalicə edilən xəstələrdə heç bir kəsiyə ehtiyac olmur, əməliyyat sonrası isə hər hansı çapıq izi qalmır, xəstə bir gün xəstəxanada qalır, o birisi gün evə yazılır.
Bu praktikadan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında universitet tarixində ilk dəfə olaraq istifadə edilərək Dr. Qalib İmanov, anestezioloq Dr. Məhəmməd Abbasov, kardioloq Dr. Yasmin Rüstəmova, kardioloq Dr. Muxtar Müseyibov tərəfindən 12 yaşlı xəstə üzərində uğurla həyata keçrilmişdir.

Başda Kardiologiya şöbə müdiri, PhD Dr. Qalib İmanov olmaqla bütün əməyi olan mütəxəssislərimizə hər zaman olduğu kimi öndə olmağı, işlərində davamlı uğur və nailiyyətlər diləyirik. Balaca paçientimizə isə Allahdan tezliklə şəfalar diləyirik.

Universitet tarixində ilk dəfə Sekundum ASD (Atrial Septal Defekt)- in qapalı yolla müalicəsi
Universitet tarixində ilk dəfə Sekundum ASD (Atrial Septal Defekt)- in qapalı yolla müalicəsi