Tibb bacıları ilə növbəti təlimləndirici seminar keçirildi.
18.01.2016
Şənbə günü Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının konfrans zalında tibb bacıları ilə növbəti təlimləndirici seminar Laboratoriya şöbəsi tərəfindən keçirildi.
Seminarda laborant Əfəndiyeva Elnarə " Preanalitik xətaların azaldılması" mövzusunda ətraflı məruzə ilə çıxış etdi.
Mövzu ətrafında seminar iştirakçıları ilə ətraflı müzakirələr, sual-cavab aparılaraq, maraqlı disskusiyalara səbəb oldu.
Belə səmərəli və təlimləndirici seminarın təşkilində əsas rol oynayan baş tibb bacısı Aygün Şahbazovaya, Laboratoriya şöbə müdiri Dr. Yavər Hacısoy və laboratoriya şöbəsinin kollektivinə təşəkkürümüzü bildiririk və onlara işlərində davamlı uğurlar diləyirik.