Xəbərlər

Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında hepotoloji tədbir keçirilib.

Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında hepotoloji tədbir keçirilib.

24.05.2016

Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında hepotoloji tədbir keçirilib. 
Tədbirdə I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramov, klinikanın həkim və rezidentləri iştirak edib. Tədbirdə iştirak edən prof. Nuru Bayramov tədbir iştirakçılarını salamladıqdan sonra sözü yoluxucu xəstəliklər kafedrasının müdiri t.ü.f.d. Təyyar Eyvazova verib.
Təyyar Eyvazov “Autoimmun hepatit çarpaz(overlap) sindromlar”ı barəsində ətraflı məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Autoimmun hepatit(AİH) qaraciyərin naməlum səbəbli sona çatmayan iltihabi xəstəliyi olub, qaraciyər toxumasına qarşı yönəlmiş və qaraciyər parenximasının destruksiyasına səbəb olan immun cavabla səciyyələnir. Dr. Təyyar Eyvazov sonra autoimmun reaksyalarının qarşısını alan mexanizmlər, AİH zamanı autoimmun pozuntuları haqqında tədbir iştiraçılarını məlumatlandırdı. Sonda prof.dr.Nuru Bayramov bu kimi tədbirlərin davamlı olacağını qeyd etdi və iştirak edənlərə təşəkkürünü bildirdi.