Xəbərlər

19 günlük körpə “Teratoma ” əməliyyatı olundu

19 günlük körpə “Teratoma ” əməliyyatı olundu

29.07.2016

19 günlük körpə “Teratoma ” əməliyyatı olundu

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 19 günlük körpə üzərində “Oma-büzdüm nahiyəsinin teratoması-II tip” diaqnozu ilə “Teratomanın çıxarılması, büzdüm sümüyünün rezeksiyası” əməliyyatı icra olunub.

Klinikanın uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, körpə doğum evlərindən birində dünyaya gəlib: “Hamiləlik dövründə müayinələr aparıldığına baxmayaraq, körpədə qüsur aşkarlanmayıb. Yalnız doğulduqdan sonra uşaqda həddindən artıq böyük teratoma (ikinci tip) aşkar olunub. Bu zaman şişin həm qarın boşluğu hissəsində (peritonarxası sahə), həm də çöldə (sarğı nahiyəsi) böyük elementləri olur. Şiş uşağın çəkisinin yarısı qədər idi. Sevindirici haldır ki, uşaq keysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Əks təqdirdə, onun böyük problemləri ola bilərdi”.

Dr.Ramiz Poluxov və onun həkim briqadası tərəfindən uşaq üzərində uğurlu əməliyyat həyata keçirib və şiş xaric olunub. Hazırda körpənin müalicəsi Klinikanın neonatoloji reanimasiya şöbəsində davam edir və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Dr. Ramiz Poluxov onu da qeyd etdi ki, yeni doğulmuş körpələrdə teratomalara tez-tez rast gəlinir. Əgər belə xəstələr vaxtında əməliyyat olunmazsa, şişin bədləşmə ehtimalı yüksəlir. “Ümumiyyətlə, yenidoğulmuşlarda 5 faiz, 1 yaşa qədər əməliyyat olunmuş uşaqlarda 60 faiz, 1 yaşdan yuxarı əməliyyat olunmuş uşaqlarda isə 75 faiz bədxassəli şişə çevrilmə ehtimalı var. Ona görə bu cür xəstələr vaxtında əməliyyat olunmalıdır. ATU-nun Tədris Cərrahiyyə Klinikasının üstün cəhətlərindən biri də odur ki, hamilələr burada kompleks müayinə olunur. Ona görə də ana bətnində ikən körpələrdə hər hansı bir qüsur aşkarlandığı təqdirdə, onun diaqnozu qoyulur və düzgün müalicə taktikası seçilir. Patologiya ilə doğulmuş uşaqlar ginekoloqların nəzarəti altında dünyaya gəlir və uşaq doğulan kimi neonatoloqların və uşaq cərrahlarının nəzarətinə götürülürlər.”

19 günlük körpə “Teratoma ” əməliyyatı olundu
19 günlük körpə “Teratoma ” əməliyyatı olundu
19 günlük körpə “Teratoma ” əməliyyatı olundu
19 günlük körpə “Teratoma ” əməliyyatı olundu
19 günlük körpə “Teratoma ” əməliyyatı olundu