Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni təyin olunan direktor, professor, tibb elmləri doktoru Surxay Hadıyev klinika heyəti ilə yaxından tanış olub.
02.09.2016
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni təyin olunan direktor, professor, tibb elmləri doktoru Surxay Hadıyev klinika heyəti ilə yaxından tanış olub.
Tədris Cərrahiyyə Klinikasının baş həkimi dosent Asiman Həsənov klinikaya direktor təyin olunması münasibətilə professor Surxay Hadıyevi təbrik edib, daha sonra isə klinikanın şöbə müdirləri və əməkdaşlarını təqdim edib.
Professor Surxay Hadıyev bildirdi ki, klinikada işlər ağır olsa da, klinika heyəti ilə birlikdə bütün çətinliklərin öhdəsindən gələcək və klinikanın daha da inkişafı üçün çalışacaq. Direktor onu da qeyd etdi ki, klinikanın hər bir şöbəsi ilə yaxından maraqlanacaq və edilən bütün təkliflər birlikdə müzakirə olunacaq.
Daha sonra baş həkim, dosent dr.Asiman Həsənov görülən işlərdən danışdı. O qeyd etdi ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında hər cür şərait, əməliyyat bloku və palatalar mövcuddur. Bundan sonra da universitet rəhbərliyinin, Səhiyyə Nazirliyinin və direktorun da rəhbərliyi ilə daha çox nailiyyətlər əldə olunacaq.
Toplantının yekununda iştirakçıların təklifləri dinlənilib, müəyyən qərarlar verilib.