Xəbərlər

Bu gün ATU-nunTədris Cərrahiyyə Klinikasında “Hərəkət sistemində pozğunluqlar” mövzusunda seminar keçirilib

Bu gün ATU-nunTədris Cərrahiyyə Klinikasında “Hərəkət sistemində pozğunluqlar” mövzusunda seminar keçirilib

04.10.2016

Bu gün ATU-nunTədris Cərrahiyyə Klinikasında İstanbul Bilim Universitetinin və Florence Nigtingale Xəstəxanalar Qrupunun Nevropatoloqu Dr. Barış Topçular və Neyrocərrah Sabri Aydın tərəfindən “Hərəkət sistemində pozğunluqlar” mövzusunda seminar keçirilib. Seminarda ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, klinikanın baş həkimi dosent Asiman Həsənov, Neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı, klinikanın əməkdaşları və rezidentlər iştirak edib. 
Tədbiri açıq elan edən dr. Asiman Həsənov Tədris Cərrahiyyə Klinikasının fəaliyyətindən və İstanbul Bilim Universiteti, Florence Nigtingale Xəstəxanalar Qrupunu ilə olan əməkdaşlıqdan söz açdı.” AT-nun Tədris Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti tədris, elmi akademik faəliyyət və müalicə işidir. Bununla bağlı bizim qarşımıza qoyduğumuz məqsəd və vəzifələrdən biri də davamlı olaraq tədris fəliyyəti ilə yanaşı,müxtəlif aparıcı müəssisələrin təcrübələrindən faydalanmaq, təcrübələrini paylaşmaq, və yenilikləri gənc rezidentlərimizin diqqətinə çatdırmaqdır. Tibb Universiteti Azərbaycanda ən çox xarici universitet və müəssisələrlə əlaqəsi olan tədris müəssisələrindən biridir. Artıq 2 ildir ki, Tibb Universiteti ilə İstanbul Bilim Universiteti, Florence Nigtingale Xəstəxanalar Qrupunu arasında qarşılıqlı əməkdaşlıqla bağlı saziş imzalanıb. Bunun əsasında Tibb Universitetində və Bilim Univrsitetində birgə toplantılar keçirilib və qarşılıqlı təcrübə mübadilələri, elmi və praktiki nailiyyətlər paylaşılıb.” Dr. Asiman Həsənov daha sonra qonaqlara gəldiyi üçün təşəkkürünü bildirib və bu kimi tədbirlərin davam edəcəyini vurğulayıb.
Tədbirin davamında Neyrocərrahiyyə Kafedrasının müdiri, professor Sabir Etibarlı son zamanlar artan “Parkinson” xəstəliyi haqqında məlumat verdi. O bildirdi ki, bu xəstəlik əsasən 60 yaşdan yuxarı insanlarda görünür ki, bu da ümumilikdə əhalini 1 faizini təşkil edir.
Daha sonra nevropatoloq dr. Barış Topçular və neyrocərrah Sabri Aydın Parkinson xəstəliyi, Altsheymer xəstəliyi, bu xəstəliklərin müalicə və cərrahi üsulları mövzusunda öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər. Seminar iştirakçılar tərəfindən maraqla qarşılandı və sonda qonaqlar iştirakçıların suallarını cavablandırdılar.

Bu gün ATU-nunTədris Cərrahiyyə Klinikasında “Hərəkət sistemində pozğunluqlar” mövzusunda seminar keçirilib
Bu gün ATU-nunTədris Cərrahiyyə Klinikasında “Hərəkət sistemində pozğunluqlar” mövzusunda seminar keçirilib