Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında beynəlxalq TURAZ(Türkiyə-Azərbaycan) I Beynəlxalq Məhkəmə Tibbi Ekspertiza və Patologiya Konqresi keçirilib
13.10.2016
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında beynəlxalq TURAZ(Türkiyə-Azərbaycan) I Beynəlxalq Məhkəmə Tibbi Ekspertiza və Patologiya Konqresi keçirilib.
A və B salonlarında davam edən konqres zamanı sənəd araşdırmaları, yetkin insanların və uşaqların meyitlərinin yarılması, uşaq və böyüklərdə cinsi zorakılıqla bağlı ekspertizalar mövzusunda çıxışlar oldu.
Keçirilən konqresin rəhbərləri Azərbaycan tərəfdən prof.dr. Ədalət Həsənov, Türkiyə tərəfdən isə Malatya məhkəmə tibbi ekspertiza bürosunun rəisi Osman Celbiş olub.