Xəbərlər

Azərbaycan Tibb Universiteti Litvanın Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Tibb Universiteti Litvanın Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlıq edəcək

17.10.2016

Azərbaycan Tibb Universiteti Litvanın Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlıq edəcək

Litvanın Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər zamanı səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olan qonaqlar Azərbaycan Tibb Universitetində də olublar, Onlar rektor Gəray Gəraybəyli və universitetin digər rəhbər şəxsləri ilə görüşüblər.
Görüş zamanı Litvanın Sağlamlıq Elmləri Universiteti nəzdindəki Kardiologiya İnstitutunun direktoru, Litva Senatının sədri, professor Rimantas Benet təmsil etdiyi tibbi müəssisə haqqında məlumat verib. O, qeyd edib ki, Kaunasda yerləşən bu universitetdə tibb və səhiyyənin bütün növləri üzrə kadrlar hazırlanır. Qonaq bildirdi ki, özündə bütün ixtisasları birləşdirən Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində klinikalar və hətta apteklər də vardır.
Daha sonra qonaqlar Litva Sağlamlıq Elmləri Universitetində idarəetmə və tədris sistemi, müəllim heyəti üçün qoyulan tələblər, təqaüd yaşı və digər məqamlar haqqında geniş məlumat verdilər. Qeyd olundu ki, universitetin bir çox sahədə faydalı təcrübəsi var və Azərbaycan Tibb Universiteti üçün önəmli olan sahələrdə əməkdaşlıq etmək arzusundadırlar.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bir müddət əvvəl Litva Sağlamlıq Elmləri Universitetində olduğunu, burada təhsil və praktika üçün gözəl şərait yaradıldığını vurğulayıb. Rektor bildirib ki, hazırda ATU-da tələbələrin praktiki bacarıqlarının artırılmasına daha çox diqqət ayrılmasına ehtiyac var: “Universitetimizdə nəzəri biliklər kifayət qədər yüksək səviyyədə tədris olunur. Lakin tələbələrin praktiki bacarıqları ilə bağlı müəyyən problemlər var. Biz bu sahədə Türkiyə universitetləri ilə sıx əməkdaşlıq edirik. Hətta ATU-nun stomatologiya fakültəsini bitirən məzunların diplomları Türkiyədə tanınır və təsdiqlənir, gənclərin orada rezidenturada oxumaq şansı yaranır”.

Qonaqlar daha sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasında oldular və yaradılan şəraitlə yaxından tanış oldular. Klinikanın direktoru, professor Surxay Hadıyev Tədris Cərrahiyyə Klinikasında tələbələrin təhsili və pasientlər üçün lazımi olan bütün şəraitin yaradıldığını vurğuladı.