Xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikasının konfrans zalında kolorektal cərrahların və rezidentlərin iştirakı ilə “Azərbaycan Tibb Universitetinin Kolon və Rektum Cərrahi dərnəyi

ATU-nun Tədris Cərrahiyyə Klinikasının konfrans zalında kolorektal cərrahların və rezidentlərin iştirakı ilə “Azərbaycan Tibb Universitetinin Kolon və Rektum Cərrahi dərnəyi" –nin növbəti seminarı keçirildi

25.11.2016

ATU-nun Tədris Cərrahiyyə Klinikasının konfrans zalında kolorektal cərrahların və rezidentlərin iştirakı ilə “Azərbaycan Tibb Universitetinin Kolon və Rektum Cərrahi dərnəyi" –nin növbəti seminarı keçirildi. Seminara dərnəyin sədri, cərrahi xəstəliklər şöbəsinin müdiri , Professor Xaləddin Musayev açılış etdi. Daha sonra Avropa Kolo-Proktoloji Dərnəyinin Azərbaycan üzrə ilk milli təmsilçisi t.ü.f.d. Aynur Safıyeva iştirakçılara bildirdi ki, " Artıq dərnəyimiz rəsmi təmsilçi olduğuna görə Avropa Kolo-Proktoloji Dərnəyində rəsmi səhifəmiz açılıb və buradan dərnəklə bağlı ən son məlumatları əldə etmək olacaqdır". 
Daha sonra Seminarda ümumi cərrah t.ü.f.d. Namiq Novruzov “Rektum Kanserində standartlar" mövzusunda həmçiinin ConvaTec Erhan Boran-Ticarət müdiri və Fulya Tüzüner “Stomalara və cərrahi yaralara qulluq sahəsində son nailiyyətlər ” mövzusunda ətraflı məruzə ilə çıxış etdilər. Mövzu iştirakçılar tərəfindən maraqla qarşılandı və mövzu ətrafında ətraflı disskusiya aparıldı. 
Qeyd edeək ki, " Azərbaycan Tibb Universitetinin Kolon və Rektum Cərrahi Qrupu "-nun məqsədi dərnək üzvlərinin bu sahədə haqlarının qorunması, onlara öz ixtisasları üzrə ixtisaslaşmalarına yardım etmək, standartlara uyğun olaraq həkimlərin xəstələrə xidmət göstərməsini təmin etməkdir. Dərnəkdə təlimləndirici seminarların, treninqlərin keçirilməsi, elmi konfranslar, simpozium və seminarların keçirilməsi, elmi məqalələrin dərc edilməsi, Beynəlxalq səviyyədə (Türkiyyə, Rusiya, Avropa) iş birliyi aparmaq, yeni praktika və bacarıqların əldə edilməsi üçün xarici ölkələrdən mütəxəssislərin dəvət olunmasının planlaşdırılmasıdır.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının konfrans zalında kolorektal cərrahların və rezidentlərin iştirakı ilə “Azərbaycan Tibb Universitetinin Kolon və Rektum Cərrahi dərnəyi
ATU-nun Tədris Cərrahiyyə Klinikasının konfrans zalında kolorektal cərrahların və rezidentlərin iştirakı ilə “Azərbaycan Tibb Universitetinin Kolon və Rektum Cərrahi dərnəyi