Xəbərlər

ARTIQ BU ƏMƏLİYYAT XƏSTƏLƏRİN SƏSİNDƏ PROBLEM YARATMIR

ARTIQ BU ƏMƏLİYYAT XƏSTƏLƏRİN SƏSİNDƏ PROBLEM YARATMIR

13.02.2023

Müasir dövrdə əhali arasında yayılmaqda olan  xəstəliklərdən biri də zob (düyünlü ur) xəstəliyidir. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimlərinə də bu problemlə bağlı çoxsaylı şikayətlər olur. Bəzən isə müalicənin effektsiz olacağı hallarda xəstələrə cərrahi əməliyyat olunur.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətovun başçılığı ilə bu günlərdə 47 yaşlı xanımda növbəti belə əməliyyat icra olunub. Müayinələr nəticəsində çoxsaylı düyünlərin böyük ölçülü olduğu müəyyənləşib.    

Eutiroid vəziyyət yarandığına görə, xəstədə əməliyyat aparılması qərara alınıb. Total tiroidektomiya əməliyyatı zamanı qalxanvari vəz tamamilə xaric edilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu növ əməliyyatlar artıq müasir metodlarla, neyro-monitorinq cihazı vasitəsilə icra olunur. Cərrah A.Hümmətovun sözlərinə görə, bu avadanlığın tiroid əməliyyatlarında böyük əhəmiyyəti var: “Qalxanvari vəzin kapsulunun arxa səthində qayıdan qırtlaq siniri siniri keçir. Məhz bu sinir səs telini innervasiya edir. Biz bu cihaz vasitəsilə həmin sinirin hardan keçdiyini müəyyən edirik. Sinirə yaxınlaşan zaman Cihaz bu barədə xəbərdarlıq etdiyindən, bu tip riskli əməliyyatı daha rahat və fəsadsız icra olunur. Beləliklə də, xəstənin səs tellərində heç bir problem yaranmır.”

Əməliyyat olunan xəstə də uğurlu nəticə üçün həm dr. A.Hümmətova, həm də pasiyentlər üçün hərtərəfli şərait yaradan Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinə təşəkkürünü bildirir. Əməliyyatdan sonra demək olar ağrıları olmadığını deyən xanım hər kəsi diqqətli olmağa, vaxtında həkimə müraciət etməyə, lazım gəldikdə isə əməliyyatdan çəkinməməyə çağırır.

Həkim bildirir ki, tiroid əməliyyatlarından sonra ən çox verilən suallardan biri də qəbul ediləcək dərmanlarla əlaqədardır. Təəssüf ki, tiroid əməliyyatından sonra qalxanvari vəz tam çıxarılır. Və bu zaman əvəzedici hormon terapiyasına ehtiyac yaranır. Əməliyyatdan sonra xəstənin vəziyyətinə uyğun dərman və dozası seçilir.