GENETİK XƏSTƏLİKLƏR BARƏDƏ SEMİNAR KEÇİRİLİB
03.03.2023
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I və II Mamalıq-ginekologiya kafedralarının dəstəyi ilə seminar keçirilib. Seminarda TCK-nın laboratoriya müdiri Elxan Nağıyev, Türkiyənin İstinye Universitetinin genetika mütəxəssisi Afiq Axundov iştirak ediblər.
I Mamalıq-ginekologiya kafedrasının dosenti Natəvan Axundova ayrı-ayrı klinik hallar zamanı genetik xəstəliklərin araşdırılması, prenatal diaqnostika barədə geniş məlumat verib. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışda anamnezidə İxtiyoz, Peyerson və Şarkot-maritut xəstəliyi, qeyri-immun hidropsun genetik markerləri aşkar olan uşaq doğmuş, vərdişli düşükləri olan qadınların xəstəlik tarixləri təqdim olunub.
Bundan sonra konkret klinik hallar, xromosom və gen xəstəliklərində müayinə alqoritmi müzakirə edilib.