Xəbərlər

NÖVBƏTİ SEMİNAR ŞOK VƏ ONUN NÖVLƏRİ BARƏDƏ OLUB

NÖVBƏTİ SEMİNAR ŞOK VƏ ONUN NÖVLƏRİ BARƏDƏ OLUB

06.03.2023

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti ənənəvi seminar keçirilib. Öncə ATU TCK-nın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov çıxış edib.

O, rezidentlərin bilik və bacarıqlarının artırılmasında bu kimi seminarların əhəmiyyətindən danışıb. Klinikanın Əməliyyatxana blokunun şöbə müdiri, Anesteziologiya və reanimatologiya kafedrasının assistenti, t.ü.f.d. Namaz İbrahimovun "Şokun etiopatogenezi və diaqnostikası" mövzusunda mühazirə deyəcəyini bildirib.

N.İbrahimov məruzəsində anestezioloq-reanimotoloqların gündəlik praktikada qarşılaşdığı kritik hallardan, o cümlədən xəstələrdə şok vəziyyəti və onun yaratdığı effektdən söhbət açıb: “Bildiyimiz kimi, şok - orqanizmin fövqəladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyasıdır. Şokun patogenezini, təsnifatını və mərhələsini dəqiq bilmək, müalicə tədbirlərinin düzgün seçimi insanın həyati vacib orqanlarının fəaliyyətini vaxtında bərpa etməyə kömək edir, xəstəni ölümdən qaytarır”.

Mühazirəçi eyni zamanda şokun yaranma səbəbləri, onun növləri, tətbiq olunan müalicə üsulları və digər məqamlara da toxunub.

Seminar interaktiv şəraitdə işini başa çatdırıb, sonda mövzu ətrafında iştirakçilarla birgə geniş müzakirə aparılıb.

N.İbrahimov ona ünvanlanan çoxsaylı sualları ətraflı şəkildə cavablandırıb.

 
NÖVBƏTİ SEMİNAR ŞOK VƏ ONUN NÖVLƏRİ BARƏDƏ OLUB
NÖVBƏTİ SEMİNAR ŞOK VƏ ONUN NÖVLƏRİ BARƏDƏ OLUB
NÖVBƏTİ SEMİNAR ŞOK VƏ ONUN NÖVLƏRİ BARƏDƏ OLUB