ATU-NUN TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASININ RƏHBƏRLİYİ XANIMLARI TƏBRİK ETDİ
07.03.2023
Qadınlar bəşər tarixi boyu güclü olublar, müqəddəs ana şərəfini uca tutaraq mübariz xarakterləri ilə tanınıblar. Bununla belə qadınlar hər zaman kövrək təbiətləri ilə seçiliblər. Bu fikirlər bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən görüşdə səsləndirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, dosent Mücahit Avcil çıxış edərək Beynəlxalq Qadınlar gününün tarixi haqqında danışıb. Maraqlı təqdimatla çıxış edən direktor M.Avcil xanımların zəif cins yox, məhz güclü, fədakar təbiətini, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında xüsusi yerini vurğulayıb. Qadınların həyatımızda, ailənin qurulması və qorunmasında danılmaz rolu ilə yanaşı, iş yerində də öncül yerlərdə olduğunu qeyd edib. Çünki insanpərvərlik rəmzi olan xeyirxah xanımlar səhiyyə sahəsində tibbi xidmətlərin keyfiyyətinin arıtırılmasında mühüm rol oynayırlar.
Sonda Klinikasının direktoru, dosent Mücahit Avcil əminliklə bildirib ki, klinikanın xanım əməkdaşları bundan sonra da öz işlərində əzmkarlıqla çalışacaq, hər kəsi yeni müvəffəqiyyətləri ilə sevindirəcəklər. O, bütün kollektiv adından xanım əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.