ATU-nun Tədris Cərrahiyyə Klinikasına rəhbər təyinatı olub
13.06.2024
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına (TCK) yeni direktor və baş həkim təyinatı olub.
Klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.
Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.