Xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin təmirdən sonrakı açılış tədbiri keçirilib

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin təmirdən sonrakı açılış tədbiri keçirilib

09.07.2024

Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində ardıcıl şəkildə tədbirlər həyata keçirilir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsi əsaslı təmir olunması da bu qisimdən olan tədbirlərdəndir.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Oftalmologiya şöbəsinin təmirdən sonrakı açılışında iştirak edərək, görülən işlər və burada yaradılan şəraitlə tanış olub. O, xəstəxana və tibb müəssisələrinin əsaslı təmirinin əhaliyə göstərilən  xidmətlərin daha da təkmilləşdirilməsinə imkan yaratdığını bildirərək bu işdə şöbənin kollektivinə uğurlar arzulayıb. 

TCK-nın Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov təmir çərçivəsində görülən işlər haqqında danışıb. Burada bütün otaqların yüksək səviyyədə təmir olunduğunu, əməliyyatxananın şəraitinin tam yeniləndiyini bildirib. Bundan əlavə, TCK-nın Oftalmologiya şöbəsinin göz xəstəliklərinin müalicəsi və müayinəsində tətbiq edilən müasir avadanlıq və zəruri inventarla təchiz edildiyini qeyd edib: “Əməliyyatxanamız müasir cihazlarla təchiz edilərək istifadəyə hazır vəziyyətə gətirilib. Bundan əlavə, ümumilikdə 8 otaq həm təmir olunub, həm də şöbənin maddi-texniki təchizatı yaxşılaşdırılıb. Tibbi avadanlıqla yanaşı, şöbənin fəaliyyəti üçün zəruri olan infrastruktur da yenilənib. Görülən işlər son nəticədə işimizi daha da təkmilləşdirməyə imkan yaradır”.

Qeyd edək ki, Oftalmologiya şöbəsinin müdiri, tanınmış cərrah, dosent Qurban İsmayılovun təşəbbüsü ilə hər il müəyyən kateqoriyalı xəstələr, aztəminatlı ailələr, tələbələr, şəhid və qazi ailələrinin üzvləri üçün aksiyalar keçirilir, ödənişsiz göz əməliyyatları icra olunur. Peşəkar həkim briqadası ilə seçilən Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.