Xəbərlər

“Pediatriya Tibb Bacılığı kursu” üzrə tədbir keçirilib

30.09.2024

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının “Pediatriya Tibb Bacılığı kursu” üzrə növbəti tədbir keçirilib. Klinikanın Neonatologiya şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə tibb bacıları üçün Yenidoğulmuşların Canlandırması Proqramı (NRP-8) üzrə təlim keçirilib.

“Liv BonaDea” xəstəxanasında keçirilən kursda Tədris Cərrahiyyə Klinikasının I uşaq xəstəlikləri kafedrasının ass. Sərxan Elbəyiyev, II uşaq xəstəlikləri kafedrasının ass. Sevinc Muxtarova, Nərmin Rüstəmqızı Neonatologiya şöbəsinin digər həkimləri məruzəçi qismində iştirak ediblər. Bu dəfəki kursda tibb bacılarına yenidoğulmuşların doğum zalında canlandırması prosesinin nəzəriyyəsi izah olunub, müşayiətedici slaydlar təqdim edilib.

Həmçinin, tibb bacılarının praktik bacarıqlara yiyələnməsi məqsədilə mulyajlar üzərində bəzi əməliyyatlar, uşaqlarda ilkin klinik dəyərləndirmə, müsbət təzyiqli ventilyasiya, intubasiya, qapalı ürək masajı, dərman vasitələrinin düzgün istifadəsi, canlandırılması proqramına uyğun axış sxemi və digər məsələlər kurs iştirakçılarına əyani olaraq nümayiş etdirilib.