Xəbərlər

Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib

Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib

08.10.2024

Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.

Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli vəAzərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının direktoru dosent  Əsədulla Sultanov, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.

Tədbirdə TDT-nin fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr olunan videoçarxlar nümayiş olunub.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə qurumun yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu deyərək bildirib ki, təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: "Bizim də səylərimiz xüsusilə çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib. "Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu"nun imzalanması və "2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı"nın təsdiq edilməsi qərarını alqışlayırıq".

Tədbirin açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. “Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin vacibliyini qeyd edən Teymur Musayev səhiyyə sahəsində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratdığını bildirib: “Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev Təşkilata üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin prioritetləri arasında olduğunu vurğulayıb”.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov vurğulayıb ki, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra regionda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, azad edilən digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının ən qabaqcıl standartlara uyğun olaraq inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə nazirinin müavini Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek və Macarıstanın təmsilçisi tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar.

Təşkilata üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri həmçinin Azərbaycanın "Türktransplant" sisteminin yaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.

Daha sonra ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib.

Tədbir çərçivəsində "Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu" imzalanıb. Çıxışçılar sənədin mahiyyətini qeyd edərək, müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulayıblar.

Eyni zamanda TDT-yə üzv və müşahidəçi ölkələrinin Səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra anlaşma memorandumlarının imzalanması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

Tədbirdə TDT-nin baş katibi, üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.

Tədbirin sonunda yekun sənəd - Birgə Bəyannamə qəbul ediləcək.

Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib