Xəbərlər

Əməkdaşlarımız Özbəkstanda keçirilən konfransda çıxış ediblər

Əməkdaşlarımız Özbəkstanda keçirilən konfransda çıxış ediblər

17.10.2024

ATU-nun Ümumi cərrahlıq kafedrasının professoru, tibb elmlər doktoru Novruz Hacıyev və həmin kafedranın dosenti, tibb elmlər doktoru Elman Tağısoy Oktyabrın 8- dən 11-dək Özbəkstan Respublikasının Xivə şəhərində Milli Elmi Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən keçirilən «Təxirəsalınmaz Tibbi Yardımın Təşkilinin aktual problemləri» adlı XIX Respublika Elmi-praktik konfransda məruzələrlə çıxış ediblər.


Professoor Novruz Hacıyev oktyabrın adı çəkilən konfransın panel iclasına sədrlik edib. O, həmçinin, Milli Elmi Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi nəzdindəki Dissertasiya Şurasında keçirilən müdafiədə rəsmi opponent olub. Tədbirin sonunda hər iki alimimiz Azərbaycan- Özbəkistan arasında elmi əlaqələrin inkişaf etdirilməsində göstərdikləri xidmətlərə görə Fəxri Fərmanla təltif olunublar.


Toplantıda Azərbaycan nümayəndə heyəti tərəfindən hər iki ölkənin- Azərbaycan və Özbəkstan Prezidentlərinin xalçada toxunmuş şəkilləri Konfransaın Təşkilat Komitəsinə hədiyyə edilib.

Əməkdaşlarımız Özbəkstanda keçirilən konfransda çıxış ediblər
Əməkdaşlarımız Özbəkstanda keçirilən konfransda çıxış ediblər