Xəbərlər

ATU əməkdaşları 6-cı Beynəlxalq Böyrək Nəqli Kursunda iştirak ediblər

24.10.2024

İstanbulda 6-cı Beynəlxalq Böyrək Nəqli Kursu təşkil olunub

Türkiyə Orqan Nəqli Vəqfi tərəfindən 6-cı Beynəlxalq Böyrək Nəqli Kursu 23-26 arası İstanbulda təşkil olunub.

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları I cərrahiyyə kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri Anar Namazov, I cərrahiyyə kafedrasının baş laborantı Elvin İsazadə də tədbirdə iştirak ediblər.

Avropa Orqan Transplantasiyası Cəmiyyəti (ESOT) və Səhiyyə işçiləri üçün davamlı təhsilin akkreditasiyası üzrə Avropa Şurası  (EBAC) tərəfindən təsdiq edilmiş bu hərtərəfli kurs böyrək transplantasiyası üzrə ən son texnologiyaları əhatə edib.

Böyrək Nəqli Kursu çərçivəsində dünya şöhrətli alimlər çıxış ediblər, əməliyyatların canlı yayımları nümayiş etdirilib, yeniliklər təqdim olunub. Bu tədbir eskpertlər arasında bilik və təcrübə mübadiləsi,  tibbin aktual problemlərin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayıb.