Azərbaycanlı həkimin elmi-tədqiqat işi Fransada birinci yerə layiq görülüb
05.11.2024
Oktyabrın 27-30-da Fransanın Marsel şəhərində 33-cü ESGE konqresi keçirilib. Bu beynəlxalq nüfuzlu tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi, tibb üzrə fəlsəfə doktoru, tanınmış ginekoloq Nərgiz Şəmsəddinskaya tədbirdə ən yaxşı elmi-tədqiqat işinə görə birinci yerə layiq görülüb. Onun “The effect of transobturator tape surgery on female sexual function at women with pelvis organs prolapse” (“Çanaq orqanları prolapsı olan qadınlarda transobturator lent əməliyyatının qadın cinsi funksiyasına təsiri”) mövzusunda çıxışını avropalı mütəxəssislər böyük maraqla qarşılayıb.
Nərgiz Şəmsəddinskaya təqdimata aid çoxsaylı sualları da cavablandırıb. Mükafat qalibə Prof. Vasilos Tanos tərəfindən təqdim olunub.