Xəbərlər

ATU əməkdaşlarının ixtirası beynəlxalq patent alıb

ATU əməkdaşlarının ixtirası beynəlxalq patent alıb

22.11.2024

 

 

Bu günlərdə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Bayramov Nuru Yusif oğlu, həmin kafedranın assistenti Hümmətov Azər Fərahim oğlu və Ümumi cərrahiyyə kafedrasının assistenti Qasımov Elnur Mübariz oğluna tiroid cərrahiyyəsində “Qalxanabənzər vəzinin ekstrafasial çıxarılması üsulu”na görə Avrasiya Patent Təşkilatı tərəfindən patent verilib.

Məlumat üçün bildirək ki, tiroid cərrahiyyəsində əməkdaşlarımızın təklif etdiyi bu yenilik düyünlü urun müxtəlif formalarının cərrahi müalicəsində ekstrafasial total tiroidektomiya əməliyyatları zamanı qırtlaq sinirlərinin təhlükəsiz şəkildə qorunmasına və paratiroid vəzilərinin təhlükəsiz ayrılmasına imkan verir ki, bu da müvafiq ağırlaşmaların inkişaf riskini azaldır.