Xəbərlər

Əməkdaşımız nüfüzlü konfransda çıxış edib

Əməkdaşımız nüfüzlü konfransda çıxış edib

18.12.2024

Dekabrın 14-15-də Bakı şəhərində yerləşən Badamdar Hoteldə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (Organization of Medical Projects MMC), Türk Ginekoloji Onkologiya Dərnəyi və Rusiyanın Fotek şirkəti tərəfindən İkinci Ginekologiyada mübahisəli mövzular, kolposkopiya, servikal patologiyalar konfransı keçirilib.

Tədbirə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-ginekologu, I Mama-ginekologiya kafedrasının dosenti Sevinc İsmayılova moderatorluq edib. Əməkdaşımız həmçinin “Hamiləlikdə uşaqlıq boynu sitologiyasının anormal olmasına yanaşma” movzusunda çıxış edib.

Qeyd edək ki, konfransın əsas məqsədi ginekologiya, perinatologiya, terapiya, urologiya, onkologiya, cərrahiyyə, laboratoriya, müasir davamlı tibb təhsili proqramlarına əsasən tibbin müxtəlif sahələri üzrə təlimlərin keçirilməsi olub. Tədbir zamanı ekspertlərin aktual mövzularda məruzələri dinlənilib, iştirakçılar arasında geniş bilik və təcrübə mübadiləsi aparılıb.

                                                 

Əməkdaşımız nüfüzlü konfransda çıxış edib
Əməkdaşımız nüfüzlü konfransda çıxış edib
Əməkdaşımız nüfüzlü konfransda çıxış edib
Əməkdaşımız nüfüzlü konfransda çıxış edib