Əməkdaşımız beynəlxalq konqresdə 3 məruzə ilə çıxış edib
17.02.2025
Fevralın 13-16-da Türkiyədə keçirilən 12-ci Beynəlxalq Endokrinoloji Cərrahiyyə Konqresində ATU-nun I Cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətov da iştirak edib
Endokrin cərrahiyyədə ən son innovativ texnologiyaların tətbiqi, müasir diaqnostika və müalicə üsulları haqqında mövzuların müzakirəyə çıxarıldığı konqresdə A.Hümmətovun 3 məruzəsinin (2 sözlü və 1 poster) təqdimatı olub. Əməkdaşımızın “Folikulyar neoplaziyalı xəstələrin diaqnostika və müalicə üsullarının nəticələri”, “Qalxanabənzər vəzi sistoz düyünlərində birmomentli çoxsaylı reaspirasiyalı skleroterapiya üsulu” adlı və həmmüəllifi olduğu Avrasiya patentli “Təkmilləşdirilmiş ekstrafasial tiroidektomiya” əməliyyat üsulu ilə əlaqəli məruzələri böyük maraqla qarşılanıb.