ATU TCK-nın oftalmoloqu Birləşmiş Ərəb Əmirlikləri Oftalmoloji cəmiyyətinin toplantısında çıxış edib
28.02.2025
Tədris Cərrahiyyə Klinikasının oftalmoloqu Birləşmiş Ərəb Əmirlikləri Oftalmoloji cəmiyyətinin toplantısında çıxış edib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) Oftalmologiya kafedrasının həkim-oftalmoloqu Abu-Dabidə keçirilən Birləşmiş Ərəb Əmirlikləri Oftalmoloji cəmiyyətinin 22-ci toplantısında iştirak edib.
ATU TCK-nın həkim-oftalmoloqu Gülnar Əliyeva toplantısında dəvətli məruzəçi kimi iştirak edərək, toplantıda nadir rast gəlinən göz xəstəliklərini təqdim edib. G.Əliyeva 8000 xəstə müayinəsində 16 xəstədə aşkarlanan nadir rastgəlinən göz xəstəliklərin nəticələrini təqdim edib.
G.Əliyevanın sözlərinə görə, nadir rast gəlinən göz xəstəlikləri vaxtında aşkarlandığı zaman həyati təhlükəsi olan ağırlaşmaların da qarşısı alınır.
Qeyd edək ki, toplantıda dünyanın 50 ölkəsindən 2000-dən çox oftalmoloq iştirak edib. Eləcə də, 500-dən çox oftalmoloq elmi müzakirələrə qatılıb.