TCK-nın rəhbərliyi xanım işçiləri Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib
07.03.2025
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının rəhbərliyi kollektivdə çalışan xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Klinikanın direktoru, dosent Əsədulla Sultanov və baş həkim dosent Əli Allahverdiyev xanım əməkdaşlara can sağlığı, xoşbəxtlik, ailə səadəti, işlərində uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Qeyd olunub ki, Azərbaycan qadını tarixin bütün dövrlərində cəmiyyətin mənəvi dayağı olub. İstənilən sahədə, həmçinin tibbdə onların misilsiz xidmətləri vardır. Qadınlarımız ölkənin ictimai həyatında da böyük nüfuza malikdirlər. Azərbaycan xanımı həmişə olduğu kimi bundan sonra da gənc nəslin milli ruhda yetişməsi üçün əllərindən gələni edəcəklər.