Mayın 25-də ATU Tədris Cərrahiyyə Klinikasında qalxanabənzər vəzinin ödənişsiz müayinəsi aparılacaq
24.05.2017
Mayın 25-də Dünya Qalxanabənzər Vəzi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında aksiya keçiriləcək.
Qeyd edək ki, aksiyaya saat 9:00-dan etibarən start veriləcək.
Aksiya çərçivəsində klinikaya müraciət edən, bu sahədə şikayətləri olanların ödənişsiz həkim-endokrinoloq konsultasiyası və qalxanabənzər vəzinin ultrasəs müayinəsi aparılacaq.
Ətraflı məlumat üçün (012) 923 nömrəsinə müraciət etmək olar. #atutck