Elanlar

“Xroniki boyun və bel ağrılarında mini-invaziv cərrahi müalicə yolları” adlı elmi-praktiki seminar keçiriləcək!

“Xroniki boyun və bel ağrılarında mini-invaziv cərrahi müalicə yolları” adlı elmi-praktiki seminar keçiriləcək!

08.06.2017

16.06.2017-ci il tarixində saat 14:30-da 
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının -1 konfrans zalında HekimTap-ın təşkilatçılığı iləTürkiyədən xüsusi olaraq dəvət olunmuş neyrocərrah MD Dr. Özcan Çıklatekerlio, həmçinin ATU Tədris Cərrahiyyə Klinikasının Nerocərrahiyyə kafedrasının neyrocərrahı PhD Dr. Cəmil İskəndərov tərəfindən, “Xroniki boyun və bel ağrılarında mini-invaziv cərrahi müalicə yolları” adlı elmi-praktiki seminar keçiriləcək!
Sədir :ATU Tədris Cərrahiyyə Klinikasının Nerocərrahiyyə kafedrasının müdiri prof .Sabir Etibarlı 
Əhatə olunacaq mövzular:
- Radiotezlikli ablyasiya (RTA) nədir? Göstəriş və əksgöstərişlər.
- Lumbal RTA
- Servikal RTA
- RTA əməliyyat texnikası
- Osteoporotik fəqərə sınıqlarının mini-invaziv cərrahi yollarla müalicəsi
- Servikal disk yırtıqlarının mikrocərrahi mualicəsi
Qeyd: Seminarda yalnız həkimlər, rezidentlər və tibb tələbələri iştirak edə bilər.
Seminarın proqramı:
14.30-15.00 Qeydiyyat
15.00-15.10 HekimTap Təhsil üzrə menecer Məmmədova Mərziyyə
15.10-15.20 I hissə – Osteoporotik fəqərə sınıqlarının mini-invaziv cərrahi yollarla müalicəsi. Məruzəçi neyrocərrah PhD Dr. Cəmil İskəndərov
15.20-16.00 Radiotezlikli ablyasiya (RTA) nədir? Göstəriş və əksgöstərişlər. Lumbal RTA. Servikal RTA.Məruzəçi neyrocərrah MD Dr.Özcan Çıklatekerlio
16.00-16.15 Coffee-break 
16.15-16.35 II hissə – RTA əməliyyat texnikası. Videotəsvir. Məruzəçi neyrocərrah MD Dr. Özcan Çıklatekerlio 
16.35-16.45 Servikal disk yırtıqlarının mikrocərrahi müalicəsi. Məruzəçi neyrocərrah PhD Dr. Cəmil İskəndərov
16.45-17.00 Sual-cavab
17.00-17.10 Seminarın bağlanması, sertifikatların verilməsi #atutck #atu #azerbaycan #baku2017 #bakutoday #doktorlar