Tibbi etika.Deontologiya.Tibb işçilərinin subordinasiya qaydaları.Həkimlərin hüquqları.
16.09.2017
Hörmətli tibb işçiləri! Sizləri 20 sentyabr 2017-ci il tarixində saat 15.30-da HekimTap və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının birgə təşkilatçılığı ilə tibbin ən aktual mövzularından biri olan “Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları. Həkimlərin hüquqları” mövzularında seminara dəvət edirik. Seminarın spikerləri ATU Psixiatriya kafedrasının əməkdaşı, psixiatr Dr.Ceyhun Məmmədzadə və hüquqşünaslar Samir Caməmmədov və Ədalət Dəmirov. Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!
Təlimin proqramı:
15:30-16:00Qeydiyyat
16:00-16:10 HekimTap-ın Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə meneceri Dr.Mərziyyə Məmmədovanın prezentasiyası
16:10-17:00 Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları.Məruzəçi psixiatr Dr. Ceyhun Məmmədzadə
17:00-17:10 Müzakirə, sual-cavab
17:10-17:40 Həkimlərin hüquqları.Məruzəçilər hüquqşünaslar Samir Caməmmədov və Ədalət Dəmirov.
17:40-17:50 Müzakirə, sual-cavab
17:50-18:00 Seminarın yekunu, sertifikatların verilməsi
İştirak üçün şərtlər:
Təlim bütün tibb işçiləri üçün nəzərdə tutulub.
Aparılan dil: Azərbaycan, sual-cavab – Azərbaycan
Sertifikat verilir: (HekimTaр)
Təlim ödənişsizdir. Qeydiyyatın son günü 19 sentyabr 2017-ci il
Məkan: ATU Tədris Cərrahiyyə Klinikası
Ünvan: Bakı şəh., Səməd Vurğun küçəsi, 155