Elanlar

TİBB SAHƏSİNDƏ BEYNƏLXALQ ELMİ KONFRANS

TİBB SAHƏSİNDƏ BEYNƏLXALQ ELMİ KONFRANS

25.06.2018

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin Təqdimatı keçiriləcək

29-30 iyun 2018 il tarixlərində Bakıda Ağız və üz-çənə cərrahiyyəsinə dair beynəlxalq elmi konfrans keçiriləcək. Toplantı Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında baş tutacaq.

Konfransın birinci günündə keçiriləcək Elmi Forumda bu sahədə ən yeni texnologiyaların tətbiqinə dair müzakirə və təcrübə mübadiləsi aparılacaq. Konfransda dünya şöhrətli məşhur cərrahlar - İbrahim Yıldırım (Türkiyə), Edqar Bimer (Almaniya), Aleksandr Nerobeyev (Rusiya), SM Balaşi (Hindistan), Pietro Bormioli (İtaliya) və digər iştrakçıların çıxışları səslənəcək. Toplantıda bir neçə qabaqcıl ölkənin Ağız və Üz-çənə Cərrahları Cəmiyyətlərinin Prezidentləri (İtaliya, İngiltərə, Almaniya, Türkiyə, İran, Russiya, Hindistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, İsrail) və tanınmış mütəxəssisləri iştirak edəcəklər. Toplantıya həmçinin Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin rəsmi nümayəndələri qatılacaq.

Tədbirdə “Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti”nin təqdimatı da keçiriləcək. Qeyd edək ki, “Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin verdiyi Şəhdətnaməyə əsasən 29 sentyabr 2017-ci ildən etibarən ictimai birlik qismində rəsmi fəaliyyət göstərir.

Respublikanın bu sahədə çalışan ən qabaqcıl mütəxəssislərini birləşdirən Cəmiyyət ilk olaraq, üzərinə götürdüyü vəzifələri, fəaliyyət planını, əməkdaşlıq imkanlarını və bu sahənin inkişaf perespektivlərinə baxışlarını dünya mütəxəssislərilə birlikdə müzakirə etmək niyyətindədir.

Konfransın yekununda bu sahədə fəaliyyət göstərən müxtəlif qurumlarla Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti arasında gələcək əməkdaşlıq haqqında memorandumun imzalanacağı planlaşdırılır.