Elanlar

Rezidentlərin nəzərinə!

Rezidentlərin nəzərinə!

13.11.2018

14 noyabr saat 14.00 - dan etibarən rezidentlər üçün növbəti "Təməl cərrahi və laparoskopik bacarıqlar" kursumuz başlayacaq.Kurs Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi endokrinoloq Azər Hümmətov tərəfindən keçiriləcək.

Kursun proqramı: 

I gün:Əllərin yuyulma və əməliyyat xalatlarının geyinilmə qaydaları;Düyünlərin vurulma üsulları;
II gün:Yaş toxuma üzərində tikişlərin qoyulması,ateromanın çıxarılması,absesin drenaj olunması;
III gün:Bağırsaq müsariqəsinin işlənilməsi və anastomozun qoyulması.
IV gün:Vətər plastikası və damar plastikası
V gün:Laparoskopik alətlərlə tanışlıq və mulyaj üzərində tətbiq etmə
VI gün:Laparoskopik tikiş və düyünlərin vurulma qaydaları
 
Qeydiyyat üçün kursun rəhbəri
T.ü.f.d. Azər Hümmətovla əlaqə saxlayın 
050 315 71 73