Dəyərli həmkarlarımız!
14.03.2019
Sizi Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə müasir şüa diaqnostikasının aktual və maraqlı məqamlarını özündə birləşdirəcək «Tibbin görən gözü» adlı beynəlxalq elmi-praktik konfransa dəvət edirik.
Konfrans müxtəlif xəstəliklərin radioloji diaqnostikasına həsr olunmuş 5 iclas və kursda işini davam etdirəcəkdir. Konfransda yerli mütəxəssislərlə yanaşı Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və Qazaxıstan Respublikasından dəvət olunan aparıcı mütəxəssislər bu sahədə əldə etdikləri elmi yeniliklərə həsr edilmiş məruzələrlə çıxış edəcəklər.
Konfransa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tibbi Şurasının qərarı ilə 16 davamlı tibbi təhsil krediti (bal) verilmişdir.
Konfrans şüa diaqnostikası sahəsində fəaliyyət göstərən həkim və rezidentlərin peşəkar bilik və bacarıqlarının artırlmasına xidmət edəcəkdir və 30-31 mart tarixlərində Azərbaycan Tibb Universitetinin Böyük Konfrans zalında keçiriləcəkdir (ATU, 5 saylı tədris binası, Səməd Vurğun, 163)