Bakı Dövlət Universitetinin nəzdinində Tibb fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş Elmi - praktik konfransda iştirak etmək istəyənlərin nəzərinə!
15.04.2019
18-19 aprel 2019-cu il saat 09:00-da ATU-da Bakı Dövlət Universitetinin nəzdinində Tibb fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş “Təbabətin aktual problemləri - 2019” beynəlxalq elmi –praktiki konfrans keçiriləcək.
Konfrans ATU-nun 5saylı tədris binasının akt zalında baş tutacaq. Tədbirdə iştirak etmək üçün və davamlı təhsil kredit balı əldə edə bilmək üçün " http://amu.edu.az/tibbfakultesi100/az/pages/1" saytının müvafiq bölümündə qeydiyyatdan keçmənizi rica edirik.
Qeyd: Tədbirdə əldə edilmiş kreditlərin iştirakçıların elektron hesabatında əks olunması üçün şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və pin kodu qeydiyyat masasına təqdim olunmalıdır!