Müsahibələr

Yenidən gənc ola bilərəmmi?

Yenidən gənc ola bilərəmmi?

ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik cərrahı Alessandro Marano: “Əğər siz yenidən gənc olmaq istəyirsinizsə, biz qüsurlarınızı təbii yolla bərpa edərək, sizə kömək edə bilərik”

İtaliyanın tanınmış plastik cərrahı Alessandro Marano artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasında öz xəstələrini qəbul edir. Alessandro Maranonun Cərrahi fəaliyyətinə əsasən üz-çənə nahiyyəsinin patologiyası üzrə diaqnostika, terapiya, tibbi və cərrahi müdaxilələr daxildir.

Plastik cərrahiyyə Sizin üçün nə edə bilər?

Plastik cərrahiyyə bədəninizi və üzünüzü dəyişə, köhnə qüsurlarınızı və yaxud xərçəng və malformasiya kimi xəstəlikləri düzəldə və müalicə edə bilər. O cümlədən, zəif cəhətlərinizi və bir çox hallarda ciddi problemlərinizi bərpa edə bilər.
Plastik cərrahiyyənin sərhədləri nədir?

Əlbəttə ki, digər bütün cərahiyyələr kimi, müalicə edəcəyimiz problemin növündən asılı olaraq, siqaret çəkənlər və bioloji xəstəlikli xəstələr, həmçinin, əvvəlki əməliyyatlarında pis nəticələrə məruz qalan xəstələrə daha çox sərhəd qoyulacaq, bu hallarda biz mövcud strukturu qoruyaraq lazımı nəticə əldə etməyə çalışacağıq.
Hansı yaşda plastik cərrahiyyə əməliyyatı keçirtmək olar?

Adətən,18 yaşa qədər olan xəstələrdə sümüklərin inkişafını gözləyirik; çatlaq dodaq xəstəliyini isə erkən bərpa edə bilərik.

Bu,təhlükəsizdir?

Hər bir cərrahiyyə proseduru bəzi risklərə malikdir, biz həmişə bütün xəstələri xüsusi qayğı ilə dəyərləndirərək, ən yaxşı proseduru təklif edirik. 
Uzunmüddətli nəticələr
Heç bir prosedur yaşa görə baş verən fiziki dəyişikliklər nəticəsində sonsuzadək davam etmir.
Zərərlərin bərpası
Biz eyni zamanda rekonstruktiv cərrahlarıq, bizim əsas hədəfimiz əvvəlki rinoplastika cərahiyyə əməliyyatlarından sonra baş verən tənəffüs qüsurları, estetik qüsurları və s. kimi pis nəticələri bərpa etmək.

Xəstələr arasında “Ən çox yenidən gənc ola bilərəmmi?” sualı olur buna cavab olaraq nə deyə bilərsiz?

Əğər siz yenidən gənc olmaq istəyirsinizsə, biz qüsurlarınızı təbii yolla bərpa edərək, onları daha az görünən etməklə sizə kömək etməyə çalışacağıq. Nəticə həmişə saxta yox, təbii olacaq. Biz sizə eyni zamanda, ikinci gənclik həyatı kimi yeni və təbii nəticəyə çatmağınız üçün bir çox müxtəlif cərrahi və ya cərrahi olmayan prosedurlar təklif edə bilərik.