Tibbdə ixtira və kəşflər

Yeni ixtira olunmuş apparat, ürəyin orqanizimdən kənarda döyünməsini təmin edir

Yeni ixtira olunmuş apparat, ürəyin orqanizimdən kənarda döyünməsini təmin edir

09.11.2015

Amerika alimləri yeni apparat icad etməyə nail oldular, hansı ki, bununla  ürəyin orqanizimdən kənarda fəaliyyətini davam etməsinə imkan verir. Bu da ürək əməliyyatlarının uğurlu aparılması şansını iki dəfə artırmış olur.
 Texnalogiya  “Organ Care System” adlanır. Bunun köməyi ilə ürəyi daha uzaq məsafələrdən  transplantasiya üçün çatdırmaq olur, elcə də orqanı dondurmağa ehtiyac qalmır, belə ki, transplantasiya zamanı ürək öz döyüntülərini davam edir, deyə Huffington Post xəbər verir.
Apparatın köməyi ilə həmçinin böyrək və ağciyər də “həyat əlamətlərini” saxlayır. Bundan əlavə sidiyin böyrəklərdən süzülməsinə də imkan verir.
Görünüşünə görə bu  apparat yarımşəffaf konteyner və xüsusi apparatdan ibarədir. Hansı ki, buna da bir neçə lazımi borular (trubkalar) taxılır.  Onlar qan axını, hava və maye axınını dəyişir.