Artıq ölmüş böyrəkləri həyata qaytarmaq mümkündür.
25.03.2016
Ingiltərənin Kembric şəhərində Addenbrokes xəstəxanasında cərrah Mayk Nikolson və qrupu xüsusi cihaz istifadə edərək ölmüş və orqan nəqli üçün yararsız hala gəlmiş böyrəklərin içinə antibiyotiklər, hormonlar və amino asitlərlə zənginləşdirilmiş qan nasoslayaraq həyata qaytarır.
Mütəxəssislər bu yeni üsul sayəsində həkimlərin əlindəki nəql edilə bilən böyrək sayının əhəmiyyətli dərəcədə artacağını və böyrək nəqli gözləyən bir çox xəstənin həyatını xilas edə biləcəyini dilə gətirdi.
Qeyd edək ki, artıq iki insana bu üsul vasitəsilə böyrək nəql edilib.