Uşaq cərrahiyyəsi şöbəsinin növbəti uğurlu əməliyyatından
30.07.2014
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin müdiri, Tibb üzrə fəlsəfə doktoru Ramiz Poluxov öz ekibi ilə birgə 7 yaşlı uşaqda növbəti uğurlu "Laparoskopik qasıq yırtığı" əməliyyatı icra etdilər.
Əməliyyat minimum travma və uğurla nəticələndi.Qeyd edək ki, əməliyyat, başda Dr.Ramiz Poluxov olmaqla, ekibi-həkim anestezioloq-reanimatoloq Esmira Nəsibova, assistent Ramin Bayramov, əməliyyat tibb-bacısı Günay Həsənova tərəfindən aparılıb.