Koklear implant etdiyimiz anadangəlmə kar olan Ömərin və digər balaların cihazlarını aktivləşdirdik.
04.07.2015
ATU-nun Tədris Cərrahiyyə Klinikasında İyun ayında anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan üç uşaqların eşitməsinin bərpası məqsədi ilə “Koxlear implantasiya ” əməliyyatı icra olunmuşdur. Əməliyyatlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılmışdır. Koklear implant etdiyimiz anadangəlmə kar olan Ömərin, Səadət və İbrahimin cihazlarını Dr. Yusif Hacıyevin və Medel firmasının audioloqu (eşitmə mütəxəssisi) Muammer Gültekinin iştirakı ilə aktivləşdirdik.
İlk dəfə etişməyə başlayan uşaqları gələn səslər narahat etməsin və qorxutmasın deyə səsləri ehtiyatla və yavaş tonla verilməyə başladı. 1 ay ərzində səsin şiddəti tədricən artırılacaqdır.
3 gül balamızı cəmiyyətə sağlam fərdlər olaraq qazanadırmağın qürurunu yaşayırıq. Bu işdə əməyi olan Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevə və Medel firmasının audioloqu (eşitmə mütəxəssisi) Muammer Gültekinə təşəkkürümüzü bildiririk .