Qarın boşluğunun qiqant törəməsi
03.07.2017
Bu gün ATU-nun TCK-da "Qarın boşluğunun qiqant törəməsi" diaqnozu ilə cərrahi müdaxilə icra etdik. Müdaxilə cərrahi texnika baxımından ciddi mürəkkəblik təşkil etməsə də uşaqlıqdan inkişaf edən törəmənin vahiməlii ölçülərdə (40X35X25 sm) və çəkidə (təxminən15-16 kq) olması və xəstənin bu vəziyyətdə 5 il yaşaması çox təəccüblüdür. Bu uğurlu əməliyyatda əməyi olan hər kəsə, o cümlədən assistentlərim Tapdıq doktor, Cəlalə xanım, anestezioloq Məmməd doktor, anestezist Yaşar və əməliyyat tibb bacısı Reyhan xanıma dərin təşəkkürümü bildirirəm.