ATU TCK-da daha bir uğurlu əməliyyat
27.08.2017
Bir gün öncə ATU-nun möhtəşəm TCK-da Siqmoid bağırsağın sidik kisəsinə (sidik kisənin demək olar ki həcmini 80% tutmaqla), toxum kisəciklərinə, prostat vəzə, nazik bağırsağın mərkəzi hissəsinin ilgəyinə və soxulcanabənzər çıxıntıya (appendiks) invaziya edərək vahid bir kütlə formalaşdıran, ciddi bitişmələr əmələ gətirərək bütün çanaq boşluğunu dolduran, bağırsaq keçməzliyi, hematuriya, piuriya və intoksikasiya ilə fəsadlaşmış xərçəng şişinə görə böyük həcmli radikal cərrahi müdaxilə icra etmişik. 5 ay əvvəl şəhərimizin başqa bir klinikasında xəstəyə törəmə yerində saxlanmaqla palliativ asılqan trasverzostomiya əməliyyatı icra edilmiş və sontakı mərhələdə çoxsaylı cərrahlar və uroloqlar tərəfindən radikal əməliyyatın icrasından imtina cavabı alınmışdır. Uroloq dostlarım Vasif İsmayılov, Mansur Xalilov, rezidetlərim Sevinc xanım və Fariz doktor, anestezioloq Cavid Paşayev, Namaz doktor, anestezist Yaşar və əməliyyat tibb bacısı Pərvanə xanımla birlikdə "Siqmoid bağırsağın, nazik bağırsaq ilgəyi, soxulcanabənzər çıxıntı, sidik kisəsi,prostat vəzi, toxum kisəcikləri ilə bir blok daxilində xaric edilməsi, total çanaq limfadeseksiyası, hır iki sidik axarı ilə nazik bağırsağın terminal hissəsindən hazırlanılmış "yeni sidik kisəsi" arasında anastomoz, iki (mərkəzi və teminal) nazik-nazik bağırsaq anastomozları əməliyyatını uğurla həyata keçirdik. Əməliyyat 9 saat davam etdi və hal-hazırda xəstə özünü yaxşı hiss edir. Qürur verici əsas cəhət ondan ibarətdir ki, bir sıra mütəxəssislərin və klinikaların imtina etdiyi bu əməliyyat bizim klinikada və bizim briqada tərəfimizdən uğurla həyata keçrildi. Əməyi olan hər kəsə dərin təşəkkürlərimi bildirirəm.
Prof. Elçin Ağayev