Klinikada ilk dəfə məməkiçiltmə plastik əməliyyatı icra olundu
28.11.2017
Xəstə klinikaya 4-cü dərəcəli mastoptoz diaqnozu ilə müraciət etmişdi.Bu tip xəstələrdə onurğa sütununda əyilmə-skalioz,fiziki hərəkət zamanı tənginəfəslik və diskomfort halları tez-tez rast gəlinir.Eyni zamanda kosmetik defekt də müşahidə olunur.Xəstənin hər iki süd vəzində ümumi narkozla məmə kiçiltmə plastik əməliyyatı aparılıb.Əməliyyat uğurla başa çatıb.Xəstə əməliyyatın nəticəsindən çox razıdır.Bu əməliyyat dosent S.Həmzəyev tərəfindən klinikada birinci dəfədir ki,icra olunur.